İQTİSADİYYAT
Rumıniyanın keçmiş Baş naziri: Ələtdə yaradılan Azad Ticarət Zonası ölkələrin iqtisadiyyatını əlaqələndirəcək
Bakı, 28 mart, Elvin Camalov, AZƏRTAC
Ələtdə yaradılan Azad Ticarət Zonası bir çox ölkənin iqtisadiyyatını əlaqələndirəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rumıniyanın keçmiş Baş naziri Petre Roman deyib.
O bildirib ki, Azad Ticarət Zonası hər zaman ölkə iqtisadiyyatı üçün faydalı olub. Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və ətrafında Azad Ticarət Zonasının yaradılması Azərbaycan üçün müsbət haldır və üstünlükdür.
“Mən inanıram ki, şirkətlər arasında uğurlu əlaqələr qurularsa məhsul və xidmətlərin təşviqi üçün maraq yaranar. Bu isə böyük uğurların əldə edilməsi deməkdir. Xəzər regionu çox müxtəlif və mürəkkəbdir. Azərbaycan tərəfindən göstərilən bu təşəbbüs Çin də daxil olmaqla digər ölkələrin iqtisadiyyatlarının qarşılıqlı əlaqəsinin yaranmasına xidmət edəcək”, - deyə R.Peter vurğulayıb.