Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya-Çin strateji əməkdaşlığı: "yeni sosialist alyansı"?

Rusiya-Çin strateji əməkdaşlığı: "yeni sosialist alyansı"?

Rusiya ilə Çin arasında əlaqələrin inkişafda olduğu haqqında fikirlər çoxdan səslənir. İki böyük dövlətin qlobal miqyasda geosiyasi qüvvələr nisbətini dəyişə biləcək imkanlara malik olduqları sirr deyil. Si Szinpinin Rusiyaya son səfərinə də məhz bu kontekstdə nəzər saldıqda, maraqlı qənaətlər əldə etmək olar. Vladimir Putin və Si Szinpin müzakirələrdən sonra keçirdikləri mətbuat konfransında ifadə etdikləri fikirləri ilə bu nəticəni təsdiq ediblər. Onlar, faktiki olaraq, dünyada yeni böyük alyansın meydana gələ biləcəyinin işarələrini veriblər. Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqı ilə Çinin "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq layihəsi arasında qarşılıqlı əlaqələrin yaradılması və gücləndirilməsi müddəasının da nəzərə alınması çox maraqlı təsir bağışlayır. Digər razılıqları da diqqətə alanda, Rusiya-Çin münasibətlərinin yeni səviyyəyə yüksəlməsinin bütövlükdə qlobal geosiyasətdə qüvvələr nisbətini dəyişə biləcəyi proqnozunu verməyə imkan yaranır. Bu məqam üzərində daha geniş dayanmağa ehtiyac duyuruq.

Yeni dönəm: Moskva və Pekindən önəmli mesajlar

Çinin dövlət başçısının Rusiyaya səfərini Avropada İkinci dünya müharibəsi zamanı Normandiyaya qoşun çıxarılması ilə bağlı təşkil edilən təntənəli tədbirlər belə kölgədə qoya bilmədi. Həmin tədbirlərdə V.Putin və S.Szinpin iştirak etməyiblər. Ancaq Moskvadakı danışıqlarda müzakirə olunan məsələlərin beynəlxalq aləmdə ciddi əks-səda yaratması qlobal miqyasda əhəmiyyətli geosiyasi proseslərin vüsət ala biləcəyi üzərində düşünməyə əsas verir. Qərbin siyasi və ekspert dairələri də Rusiya və Çinin dövlət başçılarının görüşünə məhz bu aspektdə yanaşırlar. Maraqlıdır ki, Avropada dünya miqyasında yeni qüvvələr nisbətinin yarana biləcəyindən bəhs edirlər.

V.Putin və S.Szinpin müzakirələrdən sonra verdikləri bəyanatlarda maraqlı məqamlardan bəhs ediblər. Belə qənaət əldə edilir ki, bu iki böyük dövlət daha sıx və əhatəli əməkdaşlıq xəttini seçirlər. Onlar siyasi, geosiyasi, iqtisadi, enerji, maliyyə, hərbi-müdafiə, informasiya və s. istiqamətlərdə strateji xarakterli əlaqələri inkişaf etdirmək əzmində olduqlarını bəyan ediblər. Bu tezisi V.Putin və S.Szinpin ifadə ediblər.

Ekspertlər hesab edirlər ki, Rusiya və Çin dövlət başçılarının bu cür mövqe tutmalarının səbəbləri mövcuddur. Onlar, faktiki olaraq, keçən əsrin 70-80-ci illərində olan hadisələrin təkrar olunmaması üçün addımlar atırlar. O zaman Amerika diplomatiyası Moskva ilə Pekinin arasını vura bilmişdi və bundan Vaşinqton maksimum istifadə edə bildi. Belə görünür ki, Rusiya və Çin bu hadisədən nəticə çıxarıblar. V.Putin və S.Szinpinin bəyanatlarının məzmunu bu tezisi təsdiq edir.

Rusiya dövlət başçısının fikirlərinə görə, RF və ÇXR bütün istiqamətlərdə strateji əməkdaşlıq xəttini seçiblər. Bu seçimin ABŞ və Avropanın bir sıra dövlətlərinin hər iki ölkəyə qarşı atdıqları addımlara təpki olduğunu da gizlətmirlər. Məsələnin bu tərəfi qlobal geosiyasət kontekstində çox maraqlıdır. Belə çıxır ki, dünyada "soyuq müharibə"yə hazırlaşan iki böyük geosiyasi düşərgə yaranır. Bunun fonunda beynəlxalq təşkilatların öz funksiyalarını necə yerinə yetirə biləcəkləri məsələsi daha da aktuallaşır. Çünki böyük qarşıdurma reallaşarsa, onda həlledici geosiyasi problemlərin beynəlxalq hüquq çərçivəsində həlli ciddi çətinliklərlə üzləşə bilər.

Vurğulanan aspektdə Rusiya və Çinin qəbul etdiyi sənədlərdə hansı istiqamətlərdə Qərbə təpkilərin hazırlandığı, əlbəttə ki, maraq doğurur. Onların sırasında Rusiya və ÇXR-in təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün birgə təmin edilməsi bəndi var. Məsələnin bu cür qoyuluşu narahatedicidir. Çünki bu o deməkdir ki, hətta Rusiya və Çin təhlükəsizlik və ərazi bütövlüyü üçün təhdid görürlər. Bu, çox güman ki, terrorun hər iki ölkə ərazisinə yayılması ehtimalı ilə bağlıdır. Eyni zamanda, Moskva və Pekin özlərinə qarşı kibersavaşın, informasiya müharibəsinin, iqtisadi sanksiyaların və müxtəlif xarakterli təxribatların hazırlandığına əmindirlər.

Məsələn, son günlər Rusiya KİV-lərində ABŞ-ın elektrik enerjisi sektorunu sıradan çıxarmaqla bağlı konkret planlar hazırladığı barədə məlumatlar yayılır. Onları Rusiya xüsusi xidmət orqanlarındakı mənbələr də təsdiq edirlər. Təbii ki, bu kimi hadisələrin başvermə ehtimalı mövcuddursa, onda ona qarşı hansısa tədbirlərin görülməsi də gözləniləndir. Rusiya və Çinin bu istiqamətdə koordinasiyalı hərəkət etmək barədə ortaq mövqeyə gəlmələri söhbətin yeni səviyyədə və miqyasda birgə təpkidən getdiyini göstərir.

Alternativ düşərgə: reallaşma imkanları yüksəkdirmi?

Bunun fonunda iqtisadi sistemlərin inkişafında birgə praktiki addımların atılması, proqramların yaradılması, milli strategiyaların dərin inteqrasiyası və uzlaşdırılması, onların koordinasiyasının gücləndirilməsi məsələsinin qoyuluşu da son dərəcə önəmli görünür. Aydın olur ki, Rusiya və Çin iqtisadi sferada onlara qarşı atılan addımlara sıx birlik və koordinasiyalı davranmaqla uzun müddəti əhatə edən bir dönəm üçün cavab hazırlamaqdadırlar. Təbii ki, Qərbin iqtisadi sisteminin çox güclü olması qarşısında bu cür yaxınlaşma normal hal sayılır. Lakin ona nə dərəcədə nail ola biləcəklər? Demək çətindir. Burada başlıca problem kimi dünya nizamı məsələsi meydana çıxır.

Rusiya və Çin dövlət başçılarının razılaşdıqları sənəddə vurğulanır ki, həmfikir dövlətlərlə birgə dünya nizamının müdafiəsi məqsədi ilə səylərin birləşdirilməsinə nail olmaq lazımdır. Yəni Rusiya və Çin artıq dünya nizamının pozulmaqda olduğuna əmindirlər. Bunun müxtəlif aspektlərinin olduğu məlumdur. Məsələn, bir ölkənin ərazisindən digərinə qarşı fəaliyyət üçün istifadə etməyə çalışırlar. Şübhəsiz ki, Moskva bu kontekstdə Ukrayna faktorunu da nəzərdə tutur. İran məsələsinin də ona aidiyyəti olduğunu anlamaq çətin deyildir. Digər məsələ hərbi sahədə əməkdaşlığın dərinləşməsi ilə bağlıdır. Moskva və Pekin bu sferada əməli addımlar atmaqda qərarlıdırlar. Onlar hərbi strukturların birgə proqramlar həyata keçirməsi, o cümlədən informasiya təhlükəsizliyi sferasında ortaq fəaliyyətin təşkili üzərində dayanıblar.

Sənəddə milli valyutalardan istifadə məsələsinin xüsusi vurğulanması ekspertlərdə maraq doğurub. Hər iki ölkə getdikcə daha böyük həcmdə rubl və yuandan qarşılıqlı istifadə barədə razılığa gəliblər. Bu prosesin asan olmadığı məlumdur. Ancaq Amerikanın sanksiyaları, ticari təxribatlar və maliyyə təzyiqləri getdikcə daha geniş vüsət alır. ABŞ dollarının dünya iqtisadiyyatı üçün, faktiki olaraq, alternativsiz dominantlığı Vaşinqtona qlobal maliyyəni istədiyi kimi dövr etdirməyə imkan verir.

Bu baxımdan Moskva və Pekin hesab edirlər ki, istənilən zaman dünya iqtisadi sistemində ciddi böhran yarana bilər. Məhz həmin gözlənilməz və xoşagəlməz hadisəyə qarşı birgə tədbirlərin görülməsindən bəhs edirlər. O cümlədən milli valyutalarla ticarətin aparılması daha dayanıqlı əlaqələr sistemi formalaşdıra bilər ki, bu da Amerika üçün problemlər yaradar. Onu da demək lazımdır ki, digər böyük dövlətlər, məsələn, Türkiyə və İran da milli valyutalarla ticarət aparılmasının tərəfdarıdırlar. Çinin dünyanın ən böyük iqtisadi güclərindən olması bu tendensiyanın dayanıqlı və davamlı olmasına əsas verir.

Sənəddə əks olunan maraqlı məsələlərdən biri də tərəflərin humanitar sferada əməkdaşlığı gücləndirməsinin ayrıca vurğulanmasıdır. İki ölkə xalqlarının qarşılıqlı surətdə mədəniyyətləri tanıtmaları və bu bağlılıqda əlaqələri inkişaf etdirməyə dair razılığın əldə olunması ciddi nəticədir. Məlumdur ki, Çin dili və mədəniyyəti Rusiyanın Uzaq Şərq hissəsində və Mərkəzi Asiyada getdikcə daha da təsirli olur. Görünür, Rusiya həm bu prosesi, həm də özünün dil və mədəniyyətini çinlilərə aşılamağı nəzarətdə saxlamaq qərarına gəlib. Ortaq proqramlarla bu prosesi tənzimləmək olar.

Bunun fonunda "Bir kəmər, bir yol" proqramı ilə Rusiyanın Avrasiyada inteqrasiya proqramının uzlaşdırılması məsələsinin də gündəmə gəlməsi olduqca maraqlıdır. Moskva, faktiki olaraq, Avrasiya İqtisadi İttifaqı ilə "Bir kəmər, bir yol" layihəsi arasında bağlantı qurmağın praktiki aspektlərinə diqqət yönəldə bilib.

Beləliklə, Çinin dövlət başçısının Rusiyaya son səfəri rəmzi olaraq "yeni sosialist düşərgəsi"nin yaranması kimi təsəvvür edilə bilər. Çin xüsusi sosializm modeli üzrə inkişaf etdiyini dəfələrlə bəyan edib. Rusiya da onunla ortaq hərəkət etmək qərarına gəlibsə, söhbət, əslində, "yeni sosialist alyansı"nın formalaşmasından gedə bilər. Bu, SSRİ-dən fərqli modeldir. SSRİ-də yeganə hakim güc Rusiya idisə, indi Rusiyanın özü sosializm sahəsində daha uğurlu görünən və çox güclü iqtisadiyyata malik Çin ilə qoşa addımlamaq niyyətindədir.

Doğrudan da, belə bir layihə varsa, bu, dünyanın simasını dəyişə bilər. O halda qlobal geosiyasi proseslər tamamilə yeni dinamika kəsb edər. Bundan bütövlükdə bəşəriyyətin qazanıb-qazanmayacağını demək çətindir. Hər bir halda dünyanın yeni nizama qovuşması üçün geniş imkan yaranmış olacaq.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlk dəfə keçiriləcək paraüzgüçülük üzrə Azərbaycan çempionatına 30-a yaxın idmançı qatılacaq

SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər

Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır

Məcnun Məmmədov: Azərbaycanın aqrar inkişaf strategiyasının gələcəyi rəqəmsallaşma və şəffaflıq prinsipləri üzərində qurulub

Dövlət Baxçalı: TÜRKPA qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb edir

Ermənistanın məktəb dərsliklərində nifrət nitqi və tarixi saxtalaşdırmalar sistemli xarakter daşıyır

Nazir müavini: Azərbaycan İslam maliyyəsi üzrə regional mərkəzə çevrilmək imkanına malikdir

Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur

Münaqişə başa çatdı, neft ucuzlaşdı

Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq

Nəriman Paşayev: İqlim dəyişmələri dağ yollarında geoloji təhlükələri artırır

Psixoloq: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqları kibertəhdidlərdən qismən qoruya bilər

Nizami rayonunda 12 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var

Paytaxt məktəbliləri “Şahin” hərbi-idman oyununun final mərhələsinin qalibi olublar

İbrahim Hadejia: Dayanıqlı inkişaf istehsaldan logistikaya qədər bütün mərhələləri əhatə etməlidir

Sosial Xidmət mərkəzlərində “Motivasiya görüşləri”nə start verilib

Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir

Şəhidlərin övladları üçün 5-ci “YAŞAT” düşərgəsi başlayıb

Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub

Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar

Prezident İlham Əliyevlə Niderlandın Baş naziri arasında telefon danışığı olub

Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər

Nazir: Azərbaycan hazırda dünya üzrə fındıq istehsalında 4, xurma istehsalında isə 2-ci yerdə qərarlaşıb

Tunis Respublikasının Prezidenti Kays Sayiddən

Komitə sədri Şuşada vətəndaşların müraciətlərini dinləyib

Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 40-dan çox təşkilat Avropa Parlamentinin qarşısında etiraz aksiyası keçirib

Azərbaycanda mobil internetin sürəti 31 faizədək artıb

Ənənəvi əkindən süni intellektə: Aqrar sektorda yeni Dövlət Proqramı nə vəd edir? – ŞƏRH

“ACWA Power”: Texnologiyaların tətbiqi və insan kapitalının inkişafı enerji keçidində mühüm əhəmiyyət daşıyır