DÜNYA
Rusiyanın 11 aeroportunda uçuşlara məhdudiyyət rejimi iyunun 18-dək uzadılıb
![Rusiyanın 11 aeroportunda uçuşlara məhdudiyyət rejimi iyunun 18-dək uzadılıb](/files/2022/2/1200x630/16549561264254926409_1200x630.jpg)
Bakı, 11 iyun, AZƏRTAC
“Rosaviasiya” ölkənin cənub və mərkəzi hissəsində yerləşən 11 aeroportda müvəqqəti uçuş məhdudiyyətlərini 2022-ci il iyunun 18-nə qədər uzadıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Qurumun məlumatına görə, Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarında uçuşlara qoyulan məhdudiyyətlər 2022-ci il iyunun 18-i Moskva vaxtı ilə saat 03:45-ə qədər davam edəcək. Rusiya aviaşirkətlərinə həmin istiqamətlərdə sərnişin daşınmasını təşkil etmək üçün alternativ marşrutlar kimi Volqoqrad, Soçi, Mineralnıye Vodı, Moskva və Stavropol hava limanlarından istifadə etmək tövsiyə olunur.
“Rosaviasiya” ölkə ərazisindəki digər aeroportların adi rejimdə fəaliyyət göstərdiyini bildirib.
Qeyd edək ki, Rusiya Ukraynaya qarşı apardığı müharibə çərçivəsində fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzindəki hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.