MƏDƏNİYYƏT
Rüstəm İbrahimbəyov: Mən bir azərbaycanlı kimi ermənilərlə birgə kino layihəsində iştirak etməyi düşünmürəm
Ankara, 10 oktyabr (AZƏRTAC). Beynəlxalq Antalya “Qızıl portağal” kinofestivalında “Şərəf” mükafatına layiq görülmüş dünya şöhrətli azərbaycanlı kino xadimi Rüstəm İbrahimbəyov keçirdiyi mətbuat konfransında jurnalistlərdən birinin sualına cavabında bir azərbaycanlı kimi ermənilərlə birgə kino layihəsində iştirak etməyi düşünmədiyini söyləmişdir.
Festivalın fəxri qonağı olan Rüstəm İbrahimbəyov “Qızıl portağal”ı dünyada ən gözəl kinofestivallarından biri adlandırmış, “Şərəf” mükafatına layiq görüldüyü üçün təşkilatçılara təşəkkürünü bildirmişdir. O, Azərbaycan kinematoqrafçılarının türkiyəli həmkarları ilə birgə kino layihələrində iştirak etmək istədiyini də diqqətə çatdırmışdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara