REGİONLAR
Saatlıda sənaye məhsullarının istehsalı 30 faiz artıb
Saatlı, 30 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı rayonunda 2022-сi ilin yanvar-iyun ayları ərzində 11 sənaye müəssisəsi və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 44 milyon 846,0 min manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 30,0 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, istehsalın 94,2 faizi sənaye məhsulları, 5,8 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olub. İstehsal olunan sənaye məhsulu və xidmətlərin 94,2 faizi emal və mədənçıxarma sənayesinin, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının, 1,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalının payına düşüb. Ümumi istehsalda qeyri-dövlət sektoru 66,9 faiz, dövlət sektoru isə 33,1 faiz təşkil edib.
Mal və xidmətlərin 39 milyon 31,2 min manat və ya 87,0 faizi hüquqi şəxslər, 5 milyon 814,8 min manat və ya 13,0 faizi isə fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunub.