Sabah hava necə olacaq?
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycanda iyulun 28-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 22-25, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 35-39, bəzi yerlərdə 40-41, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 27.09.2026 [17:18]
AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO
- 27.09.2026 [14:23]
Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 27.09.2026 [12:01]
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO
- 27.09.2026 [11:53]