REGİONLAR
Şabranda keçiriləcək beynəlxalq elmi konfransda ABŞ və İngiltərə universitetlərinin elm adamları da iştirak edəcəklər
Şabran, 29 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 30-da Şabran şəhərində “Şabran tarixdən bu günə və sabaha” adlı beynəlxalq elmi konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi beynəlxalq elmi konfransda yerli elm adamları ilə yanaşı, Amerika Birləşmiş Ştatları, İngiltərə və başqa ölkələrin tanınmış universitetlərinin nümayəndələri də məruzələrlə çıxış edəcəklər.
Beynəlxalq elmi konfransın iştirakçıları tədbir çərçivəsində qədim Şabran şəhərinin qalıqları və ərazidə aparılan qazıntı işləri ilə yaxından tanış olacaqlar. Bununla yanaşı, elm adamları Şabran Tarix-Diyarşünaslıq Muzeyində və Poeziya evində də olacaqlar.