CƏMİYYƏT
“Sağlam böyümək istəyirəm” devizi altında sadə idman növləri üzrə açıq turnir keçiriləcək
Bakı, 24 iyun, AZƏRTAC
Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən Milli Olimpiya Komitəsinin yaranmasının 30 illik yubileyi münasibəti ilə “Sağlam böyümək istəyirəm” devizi altında sadə idman növləri üzrə açıq turnir keçiriləcək.
Nərimanov Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, turnirin məqsədi yay tətili zamanı məktəblilərin asudə vaxtının səmərəli təşkil etmək və kütləvi idmana cəlb olunmalarından ibarətdir. Turnirə hər bir şagird dəvət olunur.
Turnir iyunun 28-də Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli “Ekologiya” liseyində, iyunun 29-da S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında, iyunun 30-da Məktəb-Lisey Kompleksində, iyulun 1-də 193 nömrəli tam orta məktəbdə keçiriləcək.