İQTİSADİYYAT
Sahibkarlar Çində beynəlxalq sərgidə iştiraka dəvət olunurlar
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 9-11-də Çin Xalq Respublikasının Çindao şəhərində “Kiçik və Orta Müəssisələrin Tədarükü və Əməkdaşlığı üzrə Çindao Beynəlxalq Sərgisi” keçiriləcək. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları sərgidə iştiraka dəvət olunurlar.