DÜNYA
“Samsung Galaxy S8” smartfonu martın 29-da təqdim edilə bilər
![“Samsung Galaxy S8” smartfonu martın 29-da təqdim edilə bilər](/files/2017/1/1200x630/14846668785971047133_1200x630.jpg)
Bakı, 17 yanvar, AZƏRTAC
“Samsung” şirkəti martın 29-da öz qabaqcıl smartfonunu təqdim edə bilər. 849 ABŞ dolları məbləğində olan aparat 24-30 aprel tarixlərində satışa çıxarıla bilər. Bu barədə “Twitter”də @Ricciolo1 ləqəbli istifadəçi öz mikrobloqunda yazıb. Həmin istifadəçi əvvəllər də bu kimi təqdimatların anonsunu verib.
AZƏRTAC “hitech.newsru.ru” saytına istinadən xəbər verir ki, onun məlumatına görə, Cənubi Koreya şirkəti “Galaxy S8” smartfonunu fevralın sonunda keçiriləcək “MWC” sərgisinə də gətirəcək, ancaq orada smartfon geniş tamaşaçı kütləsinə təqdim edilməyəcək.
Xatırladaq ki, məlumatlara əsasən, “Samsung Galaxy S8” smartfonu 1440x2560 piksel təsvir ölçülü 5.7 düymlük nazik çərçivəli və “Gorilla Glass 5 “qoruyucu şüşəsinə malik bükük displey, “Snapdragon 835” səkkiznüvəli prosessoru, 12 meqapiksellik əsas və 8 meqapiksellik ön kameralarla təchiz ediləcək. Həmçinin təxmin edilir ki, “Samsung” şirkəti 6.2 düymlük ekranla təchiz edilmiş “S8 Plus” modelini buraxacaq.