İQTİSADİYYAT
Samux rayonunda müasir texnologiyalara əsaslanan emal müəssisəsi istifadəyə verilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Samux rayonunun Sərkar kəndində keçirmişdir.
Tədbirdə 200-ə yaxın sahibkar iştirak etmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəl “NAA Universal” MMC-nin kənd təsərrüfatı məhsullarının emalı müəssisəsinin fəaliyyətinə, “Agricola” MMC-nin tərəvəz məhsulları istehsal edən istixana təsərrüfatında aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.
Tədbirdə Aran iqtisadi rayonunda dövlət proqramları çərçivəsində görülmüş işlər və həyata keçiriləcək layihələr barədə məlumat verilmişdir.
Samux və ətraf rayonlarda fəaliyyət göstərən 44 sahibkarlıq subyektinə 561 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilən investisiya layihələrinin maliyyələşdirilməsi 80-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaqdır.