Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Şəhid anası: Qoy həmişə yaxşı işləsinlər, xalqa xidmət etsinlər

Lənkəran, 23 dekabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəranda dörd dairə seçki komissiyası fəaliyyət göstərir. 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı və 76 saylı Lənkəran-Astara seçki dairələri üzrə ümumilikdə, 116 seçki məntəqəsi yaradılıb. Rayon üzrə seçicilərin sayı 116 min 846 nəfərdir.

AZƏRTAC-ın bölgə müxbiri seçkilərin gedişi ilə yerindəcə tanış olmaq üçün 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı orta məktəbdə yerləşən 7 saylı məntəqəsinə baş çəkib.

Məntəqəyə seçici axını müşahidə olunurdu. Onların arasında seçkilərdə ilk dəfə iştirak edən və 18 yaşı yeni tamam olan Aytən Ağazadə də vardı: “Bu gün həyatımda ilk dəfədir ki, seçkilərdə iştirak edirəm. Yəqin ki, bu unudulmaz anı ömrüm boyu unutmaram. Səsvermədə iştirak etməklə həyatımın yeni mərhələsinə qədəm qoyuram. Həyəcanlı olsam da, özümü xoşbəxt hesab edirəm. Ölkə vətəndaşı kimi öz seçici hüququmdan sərbəst şəkildə istifadə etməyimdəm qürur hissi keçirirəm”.

Həmin dairənin 29 saylı məntəqəsinin qarşısında seçici Məmmədxan Kərimovdan seçkinin gedişi barədə fikirlərini öyrəndik. O qeyd etdi ki, hər kəs növbə ilə bülletenini alıb kabinəyə keçir və seçdiyi namizədə tam azad şəkildə səs verir: “Heç bir komissiya üzvü və ya müşahidəçi seçicilərin seçiminə müdaxilə etmir. Mən çox razı qaldım və layiq bildiyim namizədə səs verdim”.

75 saylı Lənkəran-Masallı seçki dairəsi rayonun Liman şəhərində yerləşir. Dairə Seçki Komissiyasının sədri Cəmil Hüseynovun verdiyi məlumata əsasən, bu dairədə Lənkəran rayonu üzrə 29, Masallı rayonu üzrə isə 12 seçki məntəqəsi təşkil edilib. Seçici siyahıları dəqiqləşdirilib və Lənkəran rayonu üzrə 28611 seçicinin adı siyahıya daxil olunub. Dairənin əhatə etdiyi bütün məntəqələr zəruri texniki avadanlıqlarla, elektrik enerjisi, rabitə və yanğın təhlükəsizliyi ilə təchiz edilib. Seçici siyahıları hamının tanış ola biləcəyi yerdən asılıb.

Dairə üzrə bir seçicinin 100-dən yuxarı yaşı var. Bu, rayonun Boladi kəndində yaşayan 1905-ci il təvəllüdlü Şabikə Fərhad qızı Axundovadır. Sağlamlığında problem olduğundan 114 yaşlı Şabikə nənə 13 saylı seçki məntəqəsinə gələ bilməyib, ərizə ilə müraciət edərək daşınan qutu vasitəsilə evində səs verib.

75 saylı Lənkəran-Masallı Seçki Dairəsinin 23 saylı Şağlaser kənd seçki məntəqəsində apardığımız müşahidələrdən məlum oldu ki, burada seçicilərin sərbəst səsvermələri və komissiya üzvlərinin normal fəaliyyətləri üçün bütün imkanlar yaradılıb. Səsverməyə gələnlərin xoş ovqatı, yüksək əhval-ruhiyyəsi aydın hiss olunurdu.

Kənd sakini, Qarabağ döyüşlərində şəhid olmuş İqbal Həsənovun anası Əsmayə Həsənova deyib: “Mən günümü görüb, dövranımı sürmüşəm. Sevinirəm ki, xalqımız dinc şəraitdə, firavan yaşayır. Çoxlu oğul-uşağım, nəvə-nəticəm var. Hər biri də həyatda öz yerini tutub. Sağ olsun dövlətimiz, yaxşı şərait yaradıb. Adam naşükür olmaz. Evimizə qaz gəlir, fasiləsiz işığımız var. Bu yaxınlarda şəhid ailəsi kimi mənə də şəhid övladıma görə 11 min manat birdəfəlik müavinət və hər cür şəraiti olan mənzil verildi. Buna görə Prezidentimizə təşəkkürümü bildirirəm. Biz ondan çox razıyıq. Allah onu qorusun. O ki qaldı bələdiyyə seçkisinə, yaxşı tanıdığım, etimad göstərdiyim namizədə səs verdim. Qoy həmişə yaxşı işləsinlər, xalqa xidmət etsinlər. Biz də onlardan razı qalaq”.

76 saylı Lənkəran-Astara Dairə Seçki Komissiyasının sədri Məzahir Əliyevin məlumatına görə, dairədə Lənkəran rayonu üzrə 20 seçki məntəqəsində 17371 nəfər seçici səs verməlidir. Bütün məntəqələr zəruri texniki avadanlıqlarla təchiz olunub. Məntəqələrdə seçici siyahıları asılıb, istənilən seçici öz adını və soyadını həmin siyahıda dəqiqləşdirə bilir.

Dairənin 4 saylı Siyavər kənd seçki məntəqəsində olarkən seçicilərin normal şəkildə səsverməsi üçün yaradılan şərait diqqətimizi cəlb etdi. Məntəqədə səsvermə kabinələri qurulub, həkim, ana və uşaq otaqları ayrılıb, dəqiqləşdirilmiş seçici siyahıları lövhədən asılıb.

Məntəqədə rastlaşdığımız seçici, Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Fəxrəddin Hüseynov bildirdi ki, indiyədək bütün seçkilərdə iştirak edib. Həmsöhbətimiz hər dəfə seçki təcrübəsinin təkmilləşdiyinin şahidi olduğunu, budəfəki bələdiyyə seçkilərinə hazırlıq işlərinin daha yüksək səviyyədə aparıldığını, görülmüş işlərin seçicilər tərəfindən rəğbətlə qarşılandığını və seçkilərin azad, şəffaf və demokratik şəkildə keçirildiyini əminlik hissi ilə söylədi.

Lənkəran rayonunun seçki dairələrində və ayrı-ayrı məntəqələrdə prosesə nəzarət edən müşahidəçilər də fəallıq göstərirdilər. Səsvermənin gedişini operativ və təlimata uyğun izləmək üçün hər cür şərait yaradılıb. Rayon üzrə seçkinin gedişini dairə seçki komissiyalarında 40, məntəqələrdə isə 1233 nəfər müşahidəçi izləyir. Onlar ayrı-ayrı siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını təmsil edirlər.

74 saylı Lənkəran kənd seçki dairəsinin Gərmətük qəsəbə orta məktəbində yerləşən 2 saylı məntəqəsində bitərəf müşahidəçi Zahid Hüseynov səsvermənin yüksək səviyyədə təşkil edildiyini, heç bir şikayət və iradın olmadığını bildirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstələyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib VİDEO

Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Naxçıvan şəhərində evdə yanğın olub

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir

Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Türkiyədə “Heydər Əliyev adına təqaüd” proqramında iştirak etmək üçün ərizələrin qəbuluna başlanılıb

RF XİN: Rusiyaya gələn əcnəbi vətəndaşların ətraflı yoxlanılması müvəqqəti xarakter daşıyır

Azərbaycan ombudsmanı autizmli şəxslərlə görüşüb

BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər

Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

APOPO-nun nümayəndələri Bakı Mühəndislik Universitetində olublar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir

Dövlət Məşğulluq Agentliyi yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə ISO sertifikatına layiq görülüb

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira partiyası əməkdaşlığı genişləndirir VİDEO

Sumqayıtda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər saxlanılıb

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş olub

Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar ərazidən götürülüb

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb

Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır

Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır VİDEO

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb VİDEO

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib

Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib

ADNSU-da törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib

Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır

Azərbaycan COP29 sədrliyi zamanı “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır

Ceyhun Bayramov: Yaxın Şərqdə gərginliyin davam etməsi dərin narahatlıq mənbəyidir

Nazir müavini: Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək

Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb

Aqrar Sığorta Fondu 2024-cü ilin ilk rübü üzrə nəticələrini açıqlayıb

“Tron 3” filminin nümayiş tarixi məlum olub

Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında

Yaponların ənənəvi qeyri-adi festivalı keçirilib

Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

Türkiyə və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub

Kral Çarlz Londonda ictimai vəzifəsinə davam edir - AZƏRTAC-ın eksklüziv fotoları VİDEO

Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək

Azad Gözəlov: Azərbaycanda avarçəkmə və kanoenin fəaliyyətini genişləndirmək niyyətindəyik

Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb

Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb

Mingəçevirdə “Prezident Kuboku-2024” reqatasının iştirakçılarının rəsmi paradı olub

Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqların sayı açıqlanıb