CƏMİYYƏT
Şəkidə keçirilən tədbirdə iştirakçılar narkotik maddələrdən istifadənin risk amilləri barədə məlumatlandırılıb
![](/files/galleryphoto/2022/2/1200x630/16549439982133661039_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16549439982876416161_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16549439983670652834_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16549439983251841748_1200x630.jpg)
Bakı, 11 iyun, AZƏRTAC
26 iyun BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.
Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a tədbirdə, Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, işçi qrupun məsul əməkdaşı, şəhər üzrə komissiyanın nümayəndələri iştirak ediblər.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara verilib.