REGİONLAR
Şəkinin Baş Zəyzid kəndində yeni məktəb binası tikilir
Şəki, 18 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun Baş Zəyzid kəndində tam orta məktəb üçün 624 şagird yerlik yeni binanın tikintisinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin sifarişi ilə inşa edilən üçmərtəbəli yeni məktəb binasının 2017-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
Rayon təhsil şöbəsindən verilən məlumata görə, 2012-cı ildə bölgədə baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşən bu məktəb indiyədək uyğunlaşdırılmış binalarda fəaliyyət göstərib.
Ümumiyyətlə, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə son illər Şəki rayonunda 25 yeni məktəb binası tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub.