REGİONLAR
Şəmkirdə ədəbiyyatşünas Vəli Xuluflunun xatirəsi anılıb
Şəmkir, 26 may, Famil Quliyev, AZƏRTAC
Şəmkirdəki Heydər Əliyev Mərkəzinin və Şəmkir Bilik Evinin birgə təşkilatçılığı ilə ədəbiyyatşünas, publisist Vəli Xuluflunun anadan olmasının 123-cü ildönümü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, gənc şair Məhəmməd Turanın aparıcılığı ilə keçirilən tədbirdə Əməkdar Mədəniyyət İşçisi, şair Məzahir Hüseynzadə, “Respublika” qəzetinin bölgə müxbiri, şair Eyvaz Həmid, gənc şair və yazıçılar, qələm adamları iştirak ediblər.
Tədbirin gedişində Vəli Xuluflunun ədəbi irsi və yaradıcılığından söhbət açılıb, bədi-publisistik yazıları müzakirə edilib.
Sonra gənc şairlər öz şeirlərini oxuyublar.