DÜNYA
SERBİYA AVROPA İTTİFAQINA ÜZV OLMAQ İSTƏYİR
Vyana, 26 yanvar (AZƏRTAC). Serbiya yaxın vaxtlarda Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi müraciət edəcəkdir. Serbiya Baş nazirinin müavini Bozidar Dyeliç Praqaya səfəri zamanı demişdir ki, rəsmi Belqrad Çexiyanın təşkilatda sədrliyi başa çatanadək müvafiq namizədlik ərizəsini təşkilata təqdim edəcəkdir.
Çexiya Baş nazirinin müavini, Avropa məsələləri üzrə nazir Aleksandr Vondra Serbiyanın bu addımını “cəsur plan” kimi dəyərləndirmişdir. A.Vondra onu da vurğulamışdır ki, Serbiyanın Aİ-yə üzv qəbul edilməsi illərlə uzana da bilər. Serbiya Aİ-yə üzvlüyə gedən yolu qısaltmaq üçün Bosniya-Serbiya müharibəsi cinayətkarı Ratko Mladiçi həbs edərək beynəlxalq Haaqa Tribunalına təhvil verməlidir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [12:47]
Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür
- 03.05.2024 [12:38]
İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq
- 03.05.2024 [12:26]
Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib
- 03.05.2024 [12:08]
Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb
- 03.05.2024 [11:58]
Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO
- 03.05.2024 [11:42]
Viktor Orban: Avropa liderləri odla oynayırlar
- 03.05.2024 [11:32]
HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir
- 03.05.2024 [11:18]
Alimlər oranqutanın bitki ilə yaraları müalicə etməsini öyrənir
- 03.05.2024 [11:00]