REGİONLAR
Şərur rayonunda yaz əkin kampaniyası davam edir
Şərur, 13 aprel (AZƏRTAC). Şərur Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, rayonda yaz əkini kampaniyası davam edir. Torpaq mülkiyyətçiləri bugünədək 1.800 hektar sahədə əkin həyata keçirmişlər. O cümlədən 235 hektarda şəkər çuğunduru, 600 hektarda kartof, 300 hektarda tərəvəz, 60 hektarda arpa, 5 hektarda dən qarğıdalı, 130 hektarda paxlalılar və digər bitkilər əkilmişdir.
Rayonda heyvandarlığın inkişafı da diqqət mərkəzindədir. Mal-qaranı yemlə təmin etmək məqsədilə 335 hektar sahədə çoxillik yem bitkiləri əkilmişdir.
Fermerlər kənd təsərrüfatı məhsulları istehsalını artırmaq üçün bütün imkanlardan maksimum istifadə etmək əzmindədirlər.