DÜNYA
“Sharp” şirkəti Yaponiyada 8K televizorların satışına başlayıb
Tokio, 1 dekabr, AZƏRTAC
Yaponiyanın elektronika məhsulları istehsalı sahəsində tanınmış “Sharp” şirkəti ultra-yüksək dəqiqliyə malik 8K televizorların satışına başlayıb.
AZƏRTAC xəbər verir ki, 8K texnologiyası yüksək dəqiqliyi ilə seçilir və Full HD televizorlardan 16 dəfə, 4K texnologiyasından isə 4 dəfə güclüdür.
Yeni texnologiyalı televizorlar dekabrın 1-dən başlayaraq bazara çıxarılıb. 70 düyümlük monitora malik televizorların satış qiyməti bir milyon yenə (təqribən 8900 dollar) bərabərdir. Televizorların Osaka şəhərindəki marketdə ilk pərakəndə satış günündə 150 komplektin sifariş edildiyi bildirilir.
NHK yayım şirkəti 2018-ci ilin dekabrında 8K yayıma başlamağı planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]
Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq
- 30.04.2024 [16:39]
Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır
- 30.04.2024 [15:49]
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
- 30.04.2024 [15:33]
İndoneziyada Ruanq vulkanı yenidən püskürüb
- 30.04.2024 [15:22]
Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar
- 30.04.2024 [15:13]
Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır
- 30.04.2024 [14:59]