REGİONLAR
Şimal bölgəsində 3 min 760 doqquzuncu sinif şagirdi buraxılış imtahanının birinci mərhələsində iştirak edib
![Şimal bölgəsində 3 min 760 doqquzuncu sinif şagirdi buraxılış imtahanının birinci mərhələsində iştirak edib](/files/2019/1/1200x630/15528218282854314264_1200x630.jpg)
Quba, 17 mart , Elxan Yusifli, AZƏRTAC
Martın 17-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanının birinci mərhələsində Quba, Qusar, Siyəzən və Xızı ümumtəhsil müəssisələrinin 3 min 760 doqquzuncu sinif şagirdi iştirak edib. Qusarda 1113, Qubada 1938, Siyəzəndə 527, Xızıda 182 şagird biliklərini sınayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanlar 4 rayonda yaradılan 11 mərkəzdə keçirilib.
Saat 11:00-da başlanan imtahanlarda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılıb.
DİM-in Xaçmaz regional bölməsindən bildirilib ki, bütün mərkəzlərdə imtahanlar nəzərdə tutulmuş vaxtda, qaydalara uyğun olaraq başlayıb. İmtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. İmtahanlara 329 nəzarətçi müəllim, o cümlədən 11 imtahan rəhbəri cəlb edilib.
Buraxılış imtahanları Quba, Qusar, Siyəzən və Xızı ilə yanaşı, respublikanın daha 25 şəhər və rayonunda təşkil olunub.