REGİONLAR
Şirvanda “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir
![](/files/galleryphoto/2023/2/1200x630/16866869304430253256_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1686686930342056689_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16866869305750254035_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16866869303188442036_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16866869302268840643_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16866869302247939173_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16866869305809947163_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16866869303133234266_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/168668693024818677_1200x630.jpg)
Şirvan, 13 iyun , Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək, əziz xatirəsinə dərin ehtiram ifadə olunub.
Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanışlıq olub. Dövlət Himni səsləndirildikdən sonra “15 İyun - Milli Qurtuluş günüdür” adlı sənədli film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günüdür. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib.
Sonra çıxış edən tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub. Qeyd edilib ki, ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Sonda icra başçısı qonaqlara 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi”nin xatirə hədiyyəsini təqdim edib.