Atilla Tilki: Ağdamda görülən möhtəşəm işlərin nəticəsinin şahidi olduq
Ağdam, 18 iyun, AZƏRTAC
Ağdamda dağıntıların izlərini öz gözlərinizlə görmək insanı şoka salan bir hissdir. Bununla yanaşı, artıq bir neçə ildir ki, burada tikinti-bərpa işlərinin aparılması Azərbaycan xalqının ruhundan, iradəsindən xəbər verir.
Bu sözləri iyunun 18-də nümayəndə heyəti ilə işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edən Macarıstan Milli Assambleyasının Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki AZƏRTAC-a müsahibəsində deyib.
O qeyd edib: “Müharibəni görməyən hər kəs Ağdamda törədilən dağıntıların miqyasından şoka düşəcək. Macarıstan Azərbaycan hökumətini dəstəkləyir. Biz, həmçinin bu ərazilərdə aparılan işləri, xüsusən də minalardan təmizləmə prosesini dəstəkləyirik”.
Macarıstan parlamenti üzvünün sözlərinə görə, şəhərin 30 il əvvəlki vəziyyəti ilə indiki vəziyyətini müqayisə edən fotoşəkillər nümayəndə heyətində böyük təəssürat yaradıb. “Bu, şübhəsiz ki, təsiredicidir. Bu yerləri ziyarət etmək və dağıntıları öz gözlərinizlə görmək fürsətinə görə sizə təşəkkür etmək istərdik. Biz burada şahidi olduğumuz möhtəşəm işlərin nəticəsi münasibətilə Azərbaycan xalqını təbrik etmək istəyirik”, -deyə Atilla Tilki bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]
Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu
- 13.06.2026 [16:15]
Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR
- 13.06.2026 [15:39]
Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb
- 13.06.2026 [15:26]
Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]