İQTİSADİYYAT
SOCAR: Bütün işçilər estakada və neft-qaz yığım məntəqələrindən təxliyə edilib
Bakı, 30 mart, AZƏRTAC
Mart 31-i aprelin 1-i tarixlərində respublika ərazisində hava şəraitinin kəskin pisləşəcəyi, açıq dənizdə arabir 35-38 metr/saniyəyədək küləyin olması gözlənilir. Fırtına ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə “Azneft” İB-nin bütün işçilərinə təlimatlar verilib.
AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, qəza və fəsadların baş verməməsi üçün növbədə olan zəruri işçilərdən başqa bütün işçilər estakada və neft-qaz yığım məntəqələrindən təxliyə edilib. Birliyin struktur təşkilatlarında həmin günlərdə növbətçilik təşkil olunub.
Bundan əlavə, dəniz neft-qazçıxarma obyektlərində işçilərin gediş-gəlişi məhdudlaşdırılıb, qaldırıcı qurğular təhlükəsiz vəziyyətə gətirilərək, işləri dayandırılıb, kəskin hava şəraitində təhlükə yarada bilən işlərin görülməsi qadağan edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]