İQTİSADİYYAT
Son 5 ildə ümumi tutumu 460 milyon kubmetr olan su anbarları istifadəyə verilib
Bakı, 24 noyabr, AZƏRTAC
Son 5 ildə ümumi tutumu 460 milyon kubmetr olan su anbarları istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin sədr müavini Köçərli Həsənov Bakıda BMT-nin Davamlı İnkişaf Məqsədləri çərçivəsində keçirilən "Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu" mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, ümumi tutumu 460 milyon kubmetr olan Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarlarının istismara verilməsi, əhalinin içməli su təchizatının yaxşılaşdırılması və suvarılan torpaq sahələrinin genişləndirilməsi, başqa sözlə ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [18:25]
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb
- 30.04.2024 [17:35]
Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib
- 30.04.2024 [16:28]
Nizami rayonunda küçənin bir hissəsi təmir olunub
- 30.04.2024 [15:43]
Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb
- 30.04.2024 [12:44]
Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib
- 30.04.2024 [11:16]