Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təcavüzkar savaş meydanında olduğu kimi, hüquqi müstəvidə də diz çökdürüləcək

Təcavüzkar savaş meydanında olduğu kimi, hüquqi müstəvidə də diz çökdürüləcək

Bakı, 19 noyabr AZƏRTAC

Müasir müstəqil Azərbaycan dövləti hazırda tarixinin ən şanlı günlərini yaşayır. Otuz ilə yaxın müddətdə mənfur erməni işğalçıların tapdağı altında olan Qarabağ torpaqları Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, müdrik siyasəti, yenilməz cəsarəti, sərkərdəlik və diplomatik məharəti sayəsində şücaətli ordumuz tərəfindən azad edildi, nəhayət ki, ərazi bütövlüyümüz bərpa olundu. Artıq Azərbaycan Bayrağı milli qürurumuzun rəmzi olan Şuşada dalğalanmaqdadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədov Ədliyyə İşçilərinin Peşə Bayramı Günü ərəfəsində deyib.

O qeyd edib ki, Müzəffər Ali Baş Komandanımızın da dediyi kimi, İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı Qələbəsi kimi qalacaq: “Artıq Vətən müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq Qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, müzəffər ordumuz işğalçıları torpaqlarımızdan qovdu. Bu qələbənin qazanılmasında isə bütün xalqımız birlik, həmrəylik göstərdi”.

Eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mehriban xanım Əliyeva Qələbə Günü - Böyük Zəfər Günü ilə bağlı xalqımızı təbrik edərkən vurğuladı ki, bu Qələbənin möhtəşəmliyi Azərbaycan dövlətinin tarixində əbədi qalacaq!

Biz hakimlər, ədliyyə işçiləri üçünsə bu günlər həm də daha bir təntənəli tarixlə əlamətdardır. Qarşıdan 22 noyabr - Ədliyyə İşçilərinin Peşə Bayramı Günü gəlir. Qeyd edim ki, ədliyyə işçiləri, hakimlər, ümumilikdə hüquq-mühafizə orqanlarının əməkdaşları da bu şərəfli günlərdə dövlətimizin başçısının ətrafında sıx birləşərək öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdilər. Burada erməni təcavüzünün, mülki əhaliyə qarşı törədilən terror aktlarının, beynəlxalq hüquqa və insan haqlarına, Cenevrə konvensiyalarına zidd hərəkətlərin hüquqi müstəvidə dünya ictimaiyyətinə, beynəlxalq qurumlara çatdırılmasında Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Baş Prokurorluğun və digər qurumların gördüyü işləri qeyd etmək yerinə düşər. Bu qurumlar tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisini hədəfə alması ilə bağlı bəyanat və müraciətlər qəbul edərək dünya ölkələrinin, Avropa Şurasının üzv dövlətlərinin aidiyyəti qurumlarına göndərildi. O cümlədən, ədliyyə naziri Fikrət Məmmədov Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı xarici ölkələrin ədliyyə nazirlərinə, eləcə də BMT-nin dəstəyi ilə yaradılmış və dünyanın 140 dövlətini birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti kimi, təşkilatın üzvlərinin işğalçı Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribatlar və müharibə cinayətləri barədə məlumatlandırılması məqsədilə Assosiasiyanın prezidenti, Qətərin Baş prokuroru Dr. Ali Al Marriyə müraciət ünvanladı. Ədliyyə Nazirliyi tərəfindən, həmçinin birgə layihələr həyata keçirilən BMT-nin Uşaq Fonduna (UNICEF) müraciət ünvanlanaraq Ermənistanın müharibə cinayətləri, mülki insanların hədəfə alınması, 11-i uşaq olmaqla onlarla dinc vətəndaşın həlak olması, bəzi uşaqların hər iki valideynini itirməsi barədə məlumat verildi, Ermənistanın beynəlxalq humanitar hüququn, xüsusilə BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının tələblərini kobud surətdə pozduğu vurğulandı. Eyni zamanda, Ədliyyə Nazirliyi əməkdaşlıq etdiyi bir sıra nüfuzlu beynəlxalq qurumlara müraciət edərək terror aktları nəticəsində 100-ə yaxın dinc sakinin qətlə yetirildiyini, 400-dən çox insanın yaralandığını, yüzlərlə mülki obyektin, 3 minə yaxın evin dağıdıldığını diqqətə çatdırdı.

Bundan sonra isə məlum olduğu kimi, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycana və onun mülki əhalisinə dəyən zərərin beynəlxalq hüquq çərçivəsində ödətdirilməsi, işğalçı dövlətin beynəlxalq ictimaiyyət qarşısında cəzalandırılması yönündə hüquqi proses başladılacaq. Təbii ki, Azərbaycanın ədliyyə işçiləri, hakim korpusu bu prosesdə yaxından iştirak edəcək, əllərindən gələn köməyi əsirgəməyəcəklər. Əlbəttə ki, təcavüzkar savaş meydanında olduğu kimi, hüquqi müstəvidə də diz çökdürüləcək, layiqli cəzasını alacaq. Çünki Azərbaycan diplomatiyasının, hüquq sisteminin, Azərbaycan hüquqşünaslarının peşəkarlığı bunu deməyə əsas verir. Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycan ədliyyəsi bu günlərdə yaranmasının 102-ci ilini qeyd etməyə hazırlaşır. Çoxəsrlik dövlətçilik ənənələri olan xalqımızın ədliyyə və məhkəmə sisteminin də şanlı keçmişi, zəngin tarixi var. Təsadüfi deyil ki, 1918-ci il may ayının 28-də -Şərqdə ilk müstəqil demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün ədliyyə sisteminə böyük əhəmiyyət verilərək Ədliyyə Nazirliyi təsis edildi. Bundan sonra ölkənin ədliyyə sisteminin formalaşdırılması üzrə xeyli işlər görüldü, ədliyyə strukturları, məhkəmələr, istintaq orqanları formalaşdırıldı, Ədliyyə Nazirliyinin təşəbbüsü ilə bir sıra mühüm qanunvericilik aktları parlamentin müzakirəsinə çıxarıldı. 1918-ci il noyabrın 22-də isə nazirliyin Əsasnaməsi təsdiq edildi.

Sovetlər birliyi dövründə dəfələrlə ləğv edilib səlahiyyətləri ayrı-ayrı dövlət orqanlarına verilən Ədliyyə Nazirliyinin dövlətçiliyin vacib sütunlarından biri kimi yenidən təsis edilməsi isə bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Ulu Öndər Azərbaycan rəhbərliyinə gəldikdən sonra 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da ölkə ədliyyəsinin tarixində yeni mərhələ başlandı.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da ədliyyə sisteminin təkmil bir struktur kimi formalaşmasında və inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu oldu. Məhz Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ölkəmizdə Ədliyyə İşçilərinin Peşə Bayramı Günü müəyyən edildi.

Müasir müstəqil Azərbaycanda yeni hüquq və məhkəmə sisteminin, daha mütərəqqi və demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının zəruri olduğunu hər kəsdən daha yaxşı bilən Ulu Öndər bu sahədə islahatlara başladı. Bunun nəticəsində ilk olaraq bir neçə gün əvvəl qeyd etdiyimiz daha bir bayram günü Heydər Əliyevin adı ilə bağlıdır -12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın Əsas Qanunu - Konstitusiyası qəbul edildi. Bu Konstitusiya köklü məhkəmə-hüquq islahatlarının aparılmasının da əsasını qoydu. İslahatlar isə siyasi iradədən başqa, həm də təbii ki, yeni qanunvericilik bazası tələb edirdi. Bunun üçün də hüquq islahatlarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi məqsədilə 1996-cı ildə Prezident Heydər Əliyevin sərəncamı ilə Hüquq İslahatı Komissiyası, 1998-ci ildə isə dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Hüquq İslahatı Komissiyası tərəfindən hazırlanmış və 1997-ci ildə Milli Məclis tərəfindən qəbul olunmuş “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım oldu.

Komissiya tərəfindən hazırlanmış vacib qanunlardan biri də Azərbaycan Konstitusiyasının aliliyinin təmin edilməsinə yönəlmiş “Konstitusiya Məhkəməsi haqqında” Qanun idi. Eləcə də Komissiya tərəfindən hazırlanmış “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Notariat haqqında” və sair qanunların qəbulu xüsusi əhəmiyyətə malikdir.

Bundan sonra isə Azərbaycanda məhkəmə-hüquq sistemində islahatların daha mütərəqqi mərhələsinə keçməyə imkan verən inqilabi addım atıldı. Azərbaycan Respublikası Prezidentinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və “Məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” 1998-ci il 1 dekabr tarixli Fərmanı ilə məhkəmələrin təşkil edilməsi, hakim vəzifələrinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyətləri dairəsində həyata keçirən məşvərətçi orqan kimi Məhkəmə-Hüquq Şurası yaradıldı və ölkə tarixində ilk dəfə hakim vəzifəsinə namizədin peşə hazırlığını, bilik səviyyəsini, hakim vəzifəsinə layiq olduğunu müəyyən etmək məqsədilə test üsulu ilə imtahan və müsahibə aparılması yolu ilə təyin edilməsi qərara alındı. 2000-ci ildə keçirilmiş test imtahanları zamanı isə bu qərarın səmərəliliyi özünü doğrultdu, hakim korpusu 60 faizə qədər yeniləndi.

Ulu Öndərin əsasını qoyduğu mütərəqqi islahatları 2003-cü ildən inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də hüquqi dövlət quruculuğu prosesində fəal iştirak edən Ədliyyə Nazirliyinin fəaliyyət dairəsinin genişləndirilməsinə və müasirləşdirilməsinə xidmət edən bir sıra fərmanlar, sərəncamlar imzaladı.

2004-cü il dekabrın 28-də "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Bu Qanunla Məhkəmə-Hüquq Şurasına Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkili, hakimlərin və məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqan statusu verildi.

Məhkəmə-Hüquq Şurasının fəaliyyətini möhtərəm Prezidentimiz İlham Əliyev də həmişə yüksək qiymətləndirib. Dövlətimizin başçısı ədliyyə və məhkəmə işçiləri ilə keçirdiyi müşavirələrdə deyib: “Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir. Məhkəmə-Hüquq Şurasının fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Bu sahədə aparılan islahatlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə, şəffaflığın artırılmasına gətirib çıxarmışdır".

Ötən dövr ərzində Azərbaycan Prezidenti tərəfindən məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi üçün neçə-neçə fərman, sərəncam verilib. Eləcə də “Məhkəmə-Hüquq Şurası haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlara bir sıra mütərəqqi əlavə və dəyişikliklər edilib, müasir dövrün reallıqları ilə səsləşən bir sıra qanunvericilik aktları qəbul olunub. Bütün bunların nəticəsində isə məhkəmə sistemi təkmilləşib, günün tələbinə uyğun olaraq yeni məhkəmələr yaradılıb, korrupsiya hallarının qarşısının alınması, ədalət mühakiməsində şəffaflığın təmin edilməsi, cəza siyasətinin humanistləşdirilməsi, məhkəmə icraatlarının həm səmərəlilik, həm də yeni texniki imkanlar çərçivəsində müasir dövrün çağırışlarına uyğun təşkil edilməsi işi davam edir.

Eləcə də ədliyyə işçilərinin, hakimlərin iş prosesinin, sosial təminatlarının, maddi vəziyyətlərinin yaxşılaşdırılması sahələrində xeyli işlər görülüb və görülməkdə davam edir.

Hazırda isə məhkəmə-hüquq sistemində islahatların yeni mərhələsi başlanıb. Bu mərhələni Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı şərtləndirir. Belə ki, Fərmanda da deyildiyi kimi, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.

İslahatların yeni mərhələsində dövlətimizin başçısı ədliyyə sisteminin, ədliyyə işçilərinin qarşısına çox mühüm vəzifələr qoyur: müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər mənfi halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

Müasir dövrün tələblərinə uyğun olaraq “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması kimi tədbirlər də Fərmanda öz əksini tapıb.

Eləcə də, bu Fərmanda da hakim və məhkəmə aparatı işçiləri unudulmur, ədalət mühakiməsi mexanizmlərinin səmərəli fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işlərinin davam etdirilməli olduğu göstərilir.

Bu isə möhtərəm Prezidentimiz İlham Əliyevin ədliyyə işçilərinə diqqət və qayğısının daha bir bariz nümunəsidir.

Əlamətdar gün - 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı ordumuza belə qürurverici günləri Azərbaycan xalqına yaşatdığı üçün öz adımdan və bütün həmkarlarım adından minnətdarlığımı bildirirəm.

Sonda isə bütün ədliyyə işçilərini ürəkdən təbrik edir, qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi müqəddəs işdə nailiyyətlər arzulayır, qeydlərimi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu günlərdə dillər əzbəri olan kəlamları ilə bitirirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb

Bakıda CAMCA Regional Forumu işə başlayıb

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir