REGİONLAR
Tərtərdə bu günədək 50 hektar sahədə şəkər çuğunduru yığılıb
Tərtər, 24 sentyabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda torpaq mülkiyyətçiləri və fermerlər şəkər çuğunduru yığımına başlayıblar.
Tərtər Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, torpaq mülkiyyətçiləri bu il 670,45 hektar sahədə şəkər çuğunduru səpini həyata keçiriblər. Tərtərli fermerlər bu günədək 50 hektar sahədə məhsul toplayıb, 1500 ton çuğundur əldə ediblər. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilir.
Qeyd edək ki, şəkər çuğunduru Tərtər rayonunda əsas kənd təsərrüfatı bitkilərindən biridir. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.