İDMAN
“The Holland Times” jurnalında ilk Avropa Oyunları ilə bağlı fotoreportaj dərc edilib
Haaqa, 6 avqust, AZERTAC
Niderland Krallığında nəşr olunan “The Holland Times” qəzetinin iyul-avqust buraxılışında “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı fotoreportaj dərc edilib. Fotoreportajda ilk Avropa Oyunlarının açılış mərasimini, “Bakı-2015”in rəmzlərini, eləcə də müxtəlif idman yarışlarını əks etdirən fotolar yer alır.
Jurnalın “Azərbaycan rəqəmlərdə” adlı bölməsində isə ölkəmizin coğrafi mövqeyi, əhalisi, iqtisadi inkişafı haqqında göstəricilər əks olunur. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin, həmçinin turizmin inkişafı barədə məlumat verilir, birbaşa xarici sərmayələrin son illərdə artdığı vurğulanır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa