Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzquşu, Qafqaz qırqovulu, yapon toyuqları, xalmaqor qazları – Xaçmazlı mühəndisin təsərrüfatından reportaj VİDEO

Xaçmaz, 13 yanvar, Elxan Yusifli, AZƏRTAC

Qafqaz qırqovulu, tovuzquşu, yapon toyuqları, kəklik, tutuquşu, linda, xalmaqor qazları... Bunlar hansısa zooparkda saxlanılan ekzotik quşların siyahısı deyil. Bu quşları Xaçmaz rayonunun Çaykənarı kəndində yaşayan Ömər Hacıbalayev öz təsərrüfatında bəsləyir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ixtisasca mühəndis olan 70 yaşlı Ömər Hacıbalayev 10 ildən çoxdur şəxsi təsərrüfatında müxtəlif ekzotik quşları saxlayır. Bir vaxtlar Baykal-Amur magistralının tikintisində belə işləmiş təcrübəli mütəxəssis uşaqlıqdan quşlara, heyvanlara xüsusi diqqətlə yanaşıb. On yaşı olanda şəhər evində tutuquşu, bülbül və balıqlar saxlayıb. Bir vaxtların hobbisi indi onun əsas məşğuliyyətidir.

Ömər Hacıbalayevin fermasındakı quşların sayı 100-ə yaxındır. Təsərrüfatında ümumilikdə 25 növ ekzotik quş var.

“Əvvəllər bu quşları yalnız maraq üçün saxlayırdım. İndi bu məşğuliyyətdən gəlir əldə edirəm. Ən bahalısı tovuzquşlarıdır. Böyüklərini 300-350 manata, balalarını isə 100-150 manata satmışam. Lakin tovuzquşu digər quşlara nisbətən az məhsuldardır. Üç ildən sonra yumurtlamağa başlayır və bir ilə cəmi 15 yumurta verə bilir. Qırqovulları alıcılara 25 manata təklif edirəm. Ən çox tələbat olan xalmaqor qazlarıdır. Bu qazın özü diri çəkidə 80 manata, yumurtasının bir ədədi isə 25 manata satılır. Heyratı, brahma toyuqların yumurtalarını istəyənlər də çoxdur”, - deyə təsərrüfatçı söyləyir.

Ömər Hacıbalayev ekzotik quşların bəslənilməsinin çətin olmadığını bildirir. Amma bu quşlara qulluq zamanı hər növün özünəməxsus xüsusiyyətlərini nəzərə almaq, qida rasionunu düzgün müəyyənləşdirmək və xəstəliklərdən qorumaq lazımdır.

“Bəzi quşları ətinə görə saxlayıram. Xalmaqor qazlarına bizim yerli qazlarla eyni yem verirəm. Yerli qazlar 3-3,5 kiloqram, xalmaqor qazları isə 8-9 kiloqram ət verir. Quşlardan başqa, heyvandarlıq təsərrüfatım da var. Orada da yerli heyvanlarla yanaşı, xarici ölkədən gətirilən qoyun və keçilər saxlayıram. Əsas dolanışığım təsərrüfatdan çıxır”, - deyə o bildirib.

Ömər Hacıbalayev təsərrüfatında saxlamaq üçün dəvəquşu da əldə etmək niyyətindədir.

Tovuzquşu, Qafqaz qırqovulu, yapon toyuqları, xalmaqor qazları –  Xaçmazlı mühəndisin təsərrüfatından reportaj VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının medalları təqdim olunub

Azərbaycanın Suriyadakı səfirliyinin təşəbbüsü ilə Dəməşqdə kimsəsiz uşaq üçün iftar süfrələri təşkil olunub

Dünya Bankı Azərbaycanın enerji infrastrukturunun genişləndirilməsinə 173,5 milyon dollar kredit ayırıb

Sabah bölgələrdə hava əsasən yağmursuz keçəcək

MDB-də ortaq ölçü vahidlərinin təmininə dair Qanun layihəsi müzakirə edilib

Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir start götürüb

COP-29-un prezidenti: Hər bir ölkə iqlim maliyyəsi üzrə müvafiq öhdəliyini yerinə yetirməli və iddialı milli iqlim planı hazırlamalıdır

Yasamalda iki nəfər 3 kiloqram narkotiklə saxlanılıb

Myanmada 7,7 bal gücündə zəlzələ olub

BMT-nin Baş katibi tekstil sənayesinin ekologiyaya məhvedici təsirini aradan qaldırmağa çağırıb

Misli Premyer Liqası: "Qarabağ" səfərdə "Turan Tovuz"un qonağı olacaq

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan neftinin qiymətində cüzi enmə var

Polis əməkdaşları 5 avtomat silahı, 1 qumbara aşkar edərək götürüblər

Bu gün basketbol üzrə Azərbaycan Kubokunda finalçılar məlum olacaq

DİN: Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Kral III Çarlz xərçəng müalicəsinin yan təsirlərinə görə müşahidə altına alınıb

London Ukraynada atəşkəs üçün əməliyyat planları hazırlayacaq

Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları peşə bayramlarını qürurla qeyd edirlər

Tramp Ağ evdə ənənəvi iftar süfrəsinə qatılıb

“Bloomberg”: Ukraynanın ABŞ-la faydalı qazıntılar üzrə sazişi bu ölkənin Aİ-yə daxil olmaq istəklərinə əngəl yaradır

Amsterdamda bıçaqlı hücum olub, yaralananlar var

Yeni geyilə bilən cihaz insan toxunuşunu simulyasiya edir – ARAŞDIRMA

Komada olan xəstələrin sağalma potensialına dair mühüm nəticələr ortaya çıxıb – TƏDQİQAT

X sosial şəbəkəsinin işində nasazlıq yaranıb

Konqoda 28 milyon insan münaqişə səbəbindən kəskin aclıqla üzləşib

Aberdin Universitetinin Azərbaycan cəmiyyətinin üzvləri Şotlandiya Parlamentini ziyarət ediblər

Qubada "Mələklərin fəryadı" adlı qobelen sərgisi açılacaq

Türkiyə və Somali liderləri arasında Ankarada danışıqlar aparılıb

Avropa Azərbaycan Mərkəzi ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının qərəzli hesabatı ilə bağlı bəyanat yayıb

Amsterdamda bıçaqlı hücum nəticəsində beş nəfər xəsarət alıb

Yüksək Liqada XVII tura yekun vurulub

İsveçdə yeni təhlükəli “spays” dalğası

Rəqəmsal təhsilə Azərbaycan baxışı: Karaqanda görüşləri

Zelenski müttəfiqlərin hərbi kontingentinin Ukraynaya göndərilməsi şərtlərini açıqlayıb

Novruz bayramı ilə əlaqədar Gürcüstanda müxtəlif idman yarışları və el şənliyi təşkil olunub

Azərbaycanın Gürcüstandakı səfirliyi və AZEBİ 300-dən çox aztəminatlı ailəyə yardım edib

Cənubi Koreya meşə yanğınları ilə mübarizə aparır

Britaniyada yoxsulluq şəraitində yaşayan uşaqların sayı rekord həddə çatıb

Almaniya və Avstriyanın daxili işlər nazirlərinin Suriyaya səfəri terror təhlükəsi ilə əlaqədar ləğv edilib

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

Yasamalda ağacların kəsilməsi nəticəsində təbiətə 117 min manatdan çox ziyan dəyib

Martın 20-dən 26-dək təcili tibbi yardım xidmətinə 30 minə yaxın müraciət daxil olub

Paytaxtın Alatava ərazisində qanunsuz söküntü işləri dayandırılıb

Böyük Britaniyanın istixana qazı emissiyaları azalıb

Qərbi azərbaycanlı: Vaxt gələcək indi uzaqdan baxdığımız tarixi torpaqlarımıza qovuşacağıq

Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə davam edir

Ankara ərzaq böhranının qarşısının alınmasına töhfə vermək üçün mümkün olan bütün addımları atmağa hazırdır

Fransada dəmiryolçular uzunmüddətli tətilə hazırlaşır

Xarici işlər nazirinin müavini Pekində Çin və Qloballaşma Mərkəzinin üzvləri ilə görüşüb VİDEO

Almaniyaya daha 200 əfqan qaçqın gətirilib

Misirdə turist batiskafı batıb: ölənlər var

Azərbaycan “Oyun Tərtibatçıları Konfransı 2025”də təmsil olunub

“Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı” çərçivəsində sənəd qəbuluna başlanılacaq

Səyyar sosial-məişət xidməti göstərilən ahıllar ziyarət edilib

İtaliya Suriyada humanitar layihələrin maliyyələşdirilməsi üçün 68 milyon avro ayırıb

Milli Kitabxana “Azərbaycan Milli Elmlər Akademiyası - 80” adlı virtual və ənənəvi sərgilər hazırlayıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib və aparılan tikinti işləri ilə tanış olublar YENİLƏNİB VİDEO

Ötən dövrdə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib

İlqar Niftəliyev: “Azərbaycan tarixi” çoxcildliyi yeni konsepsiya əsasında nəşr ediləcək MÜSAHİBƏ

Türkiyədə işsizlik səviyyəsi aşağı düşüb

AMEA prezidenti: Elm ümumbəşəri dəyər və milli sərvətdir

Sorğu: Ukrayna Prezidenti Zelenskiyə etimad səviyyəsi artıb

Türkiyənin ədliyyə naziri: Hər cinayətin müdafiə prosesi məhkəmədə aparılmalıdır, küçələrdə yox

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Qaxda ağacəkmə aksiyasında 200-dən çox ting əkilib

Britaniya ABŞ-ın tariflərindən yayınmaq üçün danışıqlar aparır

Qazaxıstan və Türkiyə Trans-Xəzər marşrutun inkişafında investisiya əməkdaşlığını gücləndirir

Prezident: İkinci Qarabağ müharibəsi tarixdə şanlı səhifəmiz kimi əbədi qalacaq

“Əyilməz Fransa” partiyası VI Respublikaya keçmək üçün Təsis Məclisinin çağırılmasına dair petisiyaya başlayıb

Azərbaycan Prezidenti: Biz Ağdamı yenidən qururuq və quracağıq

Niderland: Benilüks Azərbaycanlıları Konqresi iftar mərasimi təşkil edib

Prezident İlham Əliyev: Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub

Ukrayna və Rusiya arasında ilkin razılaşma: Atəşkəs, yoxsa imitasiya?!

Cəlilabadda yol qəzası: Bir nəfər ölüb, biri yaralanıb

Uludağdakı yanğında ölənlərdən biri xizək alpinizmi üzrə dünya çempionudur

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən

Akademik Gövhər Baxşəliyeva: İstərdik ki, Azərbaycan şərqşünaslığının ənənələri yaşasın və inkişaf etsin MÜSAHİBƏ

İlqar Orucov: Elm Günü təkcə bayram deyil, hesabat tarixi və düşünmək fürsətidir

Tələbə yaz məktəbləri davam edir

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq

Saatlıdan olan sürrealist rəssam əsərləri ilə Azərbaycanı beynəlxalq sərgidə təmsil edəcək VİDEO

Novruz bayramı Londonda qeyd edilib

Uludağda hoteldə baş verən yanğın söndürülüb YENİLƏNİB-2

Akademik Teymur Kərimli: Ən mühüm işlərimizdən biri əlyazmaların elektronlaşdırılmasıdır MÜSAHİBƏ

Azərbaycanın daha iki şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb

Milli Kitabxanada Beynəlxalq Teatr Gününə həsr edilən sərgi açılıb

Bu gün tanınmış aktyor Səməndər Rzayevin anım günüdür

Odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyatlar davam etdirilir

Dünya birjalarında neft ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Ötən ay DSMF-də 47 minə yaxın vətəndaşın müraciətləri cavablandırılıb

Şəkidə yeniyetmələrin mübahisəsi qanla nəticələnib

“El Economista” qəzetində Azərbaycan-Meksika münasibətlərində yeni imkanlardan söz açılıb

Avropalı ekspertlər: Uşaqların əsas ehtiyaclarını ödəyə bilməyən ailələrin sayı artır

Bu gün dünyaşöhrətli musiqiçi Mstislav Rostropoviçin doğum günüdür

Türkiyənin Uludağ bölgəsində hoteldə yanğın baş verib

Martın 27-si Azərbaycanda Elm Günüdür

27 mart - Beynəlxalq Teatr Günüdür