“TOXUMÇULUQ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİK VƏ ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №5, maddə 354; 2001-ci il, №12, maddə 736; 2002-ci il, №5, maddə 241; 2003-cü il, №1, maddə 7; 2005-ci il, №11, maddə 997) 28-ci maddəsinə aşağıdakı dəyişiklik və əlavə edilsin:
1. dördüncü hissədə “orijinal və super elit toxumların“ sözləri “orijinal, super elit və elit toxumların” sözləri ilə əvəz edilsin;
2. maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə olunsun və beşinci və altıncı hissələr müvafiq olaraq altıncı və yeddinci hissələr hesab edilsin:
“Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiya ödənilir. Subsidiyanın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2007-ci il.