Tramp bazar ertəsi Putinlə danışacaq
Vaşinqton, 17 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp mayın 19-u saat 10:00-da (Bakı vaxtı ilə saat 18:00) Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışacaq.
AZƏRTAC-ın məlumatına görə, bu barədə açıqlama verən ABŞ Prezidenti bildirib ki, telefon zənginin mövzusu rusların və ukraynalıların ölümünə son qoyulması və ticarət olacaq.
“Bundan sonra mən Ukrayna Prezidenti Volodimir Zelenski ilə və sonra onunla birlikdə NATO-nun müxtəlif üzvləri ilə danışacağam. Ümid edirəm ki, məhsuldar bir gün olacaq, atəşkəs əldə ediləcək və bu çox şiddətli müharibə sona çatacaq”,- deyə Tramp bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [20:15]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:04]
Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma
- 01.10.2026 [19:51]
Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib
- 01.10.2026 [19:17]
Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir
- 01.10.2026 [18:45]