Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Turab Canbaxışov: Analıq hər yaşda gözəldir

Turab Canbaxışov: Analıq hər yaşda gözəldir

Bakı, 21 avqust, AZƏRTAC 

Qadınların işləməsi və ictimai həyatda daha aktiv iştirak etmələri, təhsil müddətlərinin çox olması və həyat şərtlərinin inkişaf etməsi son 20 ildə hamiləlik üçün orta yaş həddinin artmasına səbəb olmuşdur. Daha gec yaşda uşaq dünyaya gətirən, xüsusilə də ilk uşaq üçün 30 yaşlarını gözləyən qadınlar çoxdur. Tibdəki nailiyyətlərə paralel olaraq hamiləliyə nəzarətdə də irəliləyişlər gec yaşda hamilə qalmağa təşviq edən bir hal oldu. Uzun illər boyu sonsuzluğun müalicəsini alıb, lakin uşaq sahibi olmayan bir çox cütlüyün sonsuzluq müalicələrində yaranan inanılmaz nailiyyətlərdən faydalanmaq istəməsi də bu artımda mühüm rol oynayıb. ABŞ-da 63 yaşında ana olan bir qadının televiziya və qəzetlərdə nümayiş olunması gec yaşda uşaq dünyaya gətirməkdən qorxan anaları cəsarətləndirdi.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov deyib.

Həkim bildirib: “Gec doğan qadın deyildikdə 35 və daha çox yaşı olan analığa namizədlər nəzərdə tutulur. Yaş ilə birlikdə qadının hamilə qalma ehtimalı da azalmağa başlayır. 40 yaşlarında hamilə qalma ehtimalı 50 faizə qədər azalır. Təbii üsullarla hamilə qalma şansının azalmağına baxmayaraq sonsuzluğun müalicəsi ilə bu şans 10 faizə qədər arta bilir. Bu müalicədə vacib olan yumurtalıqların rezervidir. 40 yaşlarında hamiləlik planlaşdırarkən qadının ümumi sağlamlıq vəziyyəti də böyük əhəmiyyət kəsb edir. Gec yaşda hamilə qalan bir çox qadının sağlam körpə dünyaya gətirməsinə baxmayaraq ağırlaşmalar baxımından risk gənc analara nisbətən daha yüksəkdir. Riskin hansı yaşdan sonra artması ilə bağlı fərziyyələr mövcuddur. Geniş istifadə olunan 35 yaş meyarı əslində tam olaraq düzgün deyil. Qadının hamilə qalmaq potensialı və ağırlaşmaların yaranması riski yaşla əlaqədar olaraq dəyişir, amma demək olmaz ki, müəyyən bir yaşda bu risklər anidən artır.

Belə hallarda ən çox qorxulu olan hal xromosom anomaliyası olan körpə dünyaya gətirməkdir. Bunlardan ən çox rast gəlinən Daun sindromudur. Bu sindromla doğulan uşaqlarda əqli çatışmazlıqla yanaşı, bəzi orqan anomaliyalarına da rast gəlinir. Lakin hamiləlik zamanı edilən perinatal müayinələr, xüsusilə amniosintez və xorion xovlarının biopsiyası ilə bu sindromun diaqnozu qoyulur. Son vaxtlar üçlü testin Daun sindromunun diaqnozunun qoyulması üçün əhəmiyyəti mübahisəli olsa da perinatal diaqnostikada istifadə olunur.

Bütün insanlarda yaş artdıqca bəzi xəstəliklərin rastgəlmə tezliyi də artır. Bu xəstəliklər arasında ən əhəmiyyətliləri və ən çox rast gəlinənləri şəkərli diabet və yüksək təzyiqdir.

Ümumiyyətlə, yaş artdıqca şəkərli diabetin də rastgəlmə tezliyi artır. Xüsusilə xalq arasında yaşla əlaqədar şəkər deyilən II tip şəkərli diabet hamiləlikdə bəzi arzuolunmaz vəziyyətlərə səbəb olur. Şəkərli diabet olan analığa namizədlərdə digərlərinə nisbətən preeklampsiya riski daha yüksəkdir. Həmçinin bu qadınlarda düşüklər, vaxtından qabaq doğuş, plasentada zədələnmələr və ölü doğulmalara daha çox rast gəlinir. Diabetli anaların dünyaya gətirdiyi körpələrdə daha çox problemlər neonatal dövrdə olur. Hamiləlikdən qabaq şəkərli diabeti olmayan, yaşı çox olan qadınlar isə hamiləliklə əlaqədar meydana çıxan hestosion diabet baxımından diqqətli olmalıdırlar. Bu qadınların hamiləliyinə nəzarət zamanı qanda şəkərin səviyyəsi mütəmadi olaraq yoxlanılmalı və mütləq skrininqlər aparılmalıdır. Hestosional diabet aşkar edildikdə çox zaman bunu pəhrizlə nəzarətdə saxlamaq mümkün olur. 15 faiz hallarda isə insulinlə müalicəyə başlamağa ehtiyac duyulur. Hamiləliyin başa çatması ilə birlikdə diabet problemləri də aradan qalxır. Gec yaşlarda qan dövranında pozuntular yaradan şəkərli diabet və yüksək təzyiq daha çox müşahidə olunduğu üçün bu anaların körpələrində uşaqlıq daxili inkişaf ləngiməsinə daha çox rast gəlinir. Nadir hallarda hamiləlikdən sonra diabet qalıcı ola bilər.

Yüksək təzyiq də yaşla əlaqədar daha çox rast gəlinən problemlərdəndir. Hamiləlikdən əvvəl mövcud olan və ya hamiləlik zamanı meydana çıxan yüksək təzyiq dölün qəfləti ölümü, ciftin vaxtından qabaq ayrılması kimi ana və körpənin həyatı üçün təhlükəli olan vəziyyətlər yarada bilər. Həmçinin eklampsiyanın rastgəlmə tezliyinin artması ilə daimi iz buraxan sinir sistemi pozğunluqları da çoxalır.

Yaşla əlaqədar olaraq xərçəng də daxil olmaqla bir çox somatik xəstəliklərin rastgəlmə tezliyi artır. Bu xəstəliklərlə hamiləlik bir-birinə mənfi təsir edə bilər. Bu səbəbdən gec yaşda hamilə qalan qadınlar daha çox nəzarətdə saxlanılmalıdırlar.

Ümumiyyətlə ananın yaşının artması ilə birlikdə çoxdöllü hamiləlik, düşük və müxtəlif anomaliyaların yaranma ehtimalı da artır.

Düşüklərin ən əsas səbəbi xromosomal anomaliyaların olması və yaşla əlaqədar bu anomaliyaların rastgəlmə tezliyinin artmasıdır. Bu səbəbdən irəliləmiş yaşlarda hamilə qalan qadınlarda düşüyə dörd dəfə çox rast gəlinir. Bundan əlavə yaşla birlikdə Daun sindromu başda olmaqla xromosom anomaliyalarının da riski artır. Lakin irsi yolla keçməyən dovşandodaqlılıq və qurdağızlılıq kimi anomaliyaların rastgəlmə tezliyində artım müşahidə olunmur.

Bir sıra problemlərlə yanaşı, yaş artdıqca aşkar və ya gizli çanaq infeksiyası keçirmə ehtimalı da artır. Hər infeksiya borularda müəyyən qədər iz qoyur. Boruların hərəkət etmə potensialının azalması səbəbindən gec yaşda ana olmağa namizəd qadınlarda uşaqlıqdan kənar hamiləlik digərlərinə nisbətən daha çox müşahidə olunur.

Yaşın artması ilə birgə plasenta previa, yəni cift gəlişi tezliyi də artır ki, bu zaman da hamiləlik qanaxmaları daha çox müşahidə olunur. İnkişaf ləngiməsinə səbəb olan amillər vaxtından qabaq doğuşa da səbəb ola bilər. Gec doğan analarda ağırlaşmalara daha çox rast gəlindiyi üçün ana və dölün həyatını xilas etmək məqsədi ilə edilən kesar kəsiyi əməliyyatlarına da 2-3 dəfə çox ehtiyac duyulur.

Gec yaşda hamiləlik planlaşdırılarkən yüksək təzyiq və şəkər xəstəliyi kimi ümumi xəstəliklərin nəzarət altında saxlanılması lazımdır. Artıq çəki varsa, bundan xilas olmaq lazımdır. Kök qadınların hamiləlikləri zamanı problem yaşama ehtimalları daha çoxdur. Xüsusilə fol turşusundan ibarət vitamin preparatlarının qəbulu döldə inkişaf etməsi mümkün olan sinir sistemi anomaliyalarının rastgəlmə tezliyini azaldır.

Gec yaşda ana olmaq istəyi qadının sağlamlığına müəyyən qədər təhlükə yaratsa da, daha yetkin qadının 20 yaşlarındakı hamilələrə görə daha real və körpəsinə daha çox bağlı olmasını da qeyd etmək lazımdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanqın bitki ilə yaraları müalicə etməsini öyrənir

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-da aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb