SİYASƏT
Türkiyə Prezidenti: Ermənistan bölgədə sülhə və sabitliyə ən böyük təhlükə olduğunu bir daha göstərdi
İstanbul, 27 sentyabr, AZƏRTAC
Azərbaycana qarşı yeni hücumlar edən Ermənistan bölgədə sülhün və sabitliyin qarşısında ən böyük təhlükə olduğunu bir daha göstərdi. Türk milləti hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Prezident vurğulayıb ki, erməni xalqını onları fəlakətə aparan hakimiyyətinə və onları oyuncaq kimi istifadə edənlərə qarşı gələcəklərinə sahib çıxmağa dəvət edirik. Bütün dünyanı işğala qarşı apardığı mübarizədə Azərbaycanın yanında olmağa çağırırıq.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:24]
Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir
- 30.04.2024 [18:43]
Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb
- 30.04.2024 [17:27]
Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir
- 30.04.2024 [16:51]