ELM VƏ TƏHSİL
Türkiyədə keçirilən beynəlxalq tədbirdə BDU-nun təmsilçilərinə sertifikatlar verilib
Bakı, 13 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) ekologiya və torpaqşünaslıq fakültəsinin müəllim-tələbə heyəti Türkiyənin Antalya şəhərində keçirilən “Ətraf mühitin kimyası” mövzusunda beynəlxalq konfransda iştirak edib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, 43 dövlətdən nümayəndə heyətinin təmsil olunduğu beynəlxalq tədbirdə universitetin ekoloji kimya kafedrasının dosenti Elmina Qədirova, bu kafedranın baş müəllimi Hicran Rəfiyeva, doktorant Emina Yolçuyeva, magistrant Nuranə Şərifova, torpaqşünaslıq kafedrasının müəllimi Lalə Hüseynova və biologiya fakültəsinin genetika və təkamül təlimi kafedrasının baş müəllimi Natavan Baxşəliyevanın ətraf mühitin qorunmasına dair məruzələri dinlənilib.
Sonda BDU-nun təmsilçilərinə sertifikatlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:26]
“Şumerlərin izi ilə” - elmi seminar
- 30.04.2024 [18:11]
BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub
- 30.04.2024 [17:29]
İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib
- 30.04.2024 [17:21]
Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb
- 30.04.2024 [17:14]
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər
- 30.04.2024 [17:08]