REGİONLAR
Ucarda həyətyanı və əkin sahələrinin su ilə normal təminatı məqsədilə qərargah yaradılıb
![Ucarda həyətyanı və əkin sahələrinin su ilə normal təminatı məqsədilə qərargah yaradılıb](/files/2014/2/1200x630/1408712550360486338_1200x630.jpg)
Ucar, 8 avqust (AZƏRTAC). Havaların isti və quraq keçməsi, çaylarda suyun quruması Ucar rayonunda əkin sahələrinin, otlaqların, eləcə də həyətyanı sahələrin suvarma suyu ilə təminatında müəyyən çətinliklər yaratsa da, həyata keçirilən operativ tədbirlər bu çətinlikləri aradan qaldırıb.
Rayon suvarma sistemləri idarəsindən AZƏRTAC-a bildiriblər ki, Ucar rayonunun ərazisi suvarma suyu ilə 3 mənbə - Baş Şirvan su kanalı, Göyçay çayı və Türyançay vasitəsilə təmin olunur. Havaların isti və quraq keçməsi nəticəsində hər iki çay xeyli vaxtdır ki, quruyub. Buna görə də Baş Şirvan su kanalından həm Göyçay çayına, həm də Türyançaya su buraxılıb. Bu çaylardan da hər birində 3 ədəd olmaqla 6 nasos vasitəsilə ərazilərə su verilir.
Yaradılmış xüsusi qərargah ərazilərdə ehtiyacı öyrənir, kanal və arxların təmizlənməsi üçün tədbirlər həyata keçirir, itkiyə yol vermədən yaşayış məntəqələrinin, otlaqların su təminatını təşkil edir.
Bütün bu işlər üçün 12 ədəd texnika da ayrılıb.