REGİONLAR
Ucarda mal-qara sahiblərinə 32 min 900 manat subsidiya ödənilib
Ucar, 12 fevral, AZƏRTAC
Ucarda 320 nəfərə mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına görə 32 min 900 manat subsidiya ödənilib.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda respublikamızın hər yerində olduğu kimi, Ucarda da mal-qaranın cins tərkibinin süni mayalandırma üsulu ilə yaxşılaşdırılması, daha məhsuldar heyvanlarla əvəz edilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Təkcə ötən il 952 baş inək süni yolla mayalandırılıb. Rayon üzrə 320 nəfərə cinsi yaxşılaşdırılan 329 baş buzova görə subsidiya verilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2015-ci il 19 avqust tarixli Sərəncamı ilə əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:45]
Naxçıvan şəhərində evdə yanğın olub
- 30.04.2024 [17:06]
ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir
- 30.04.2024 [16:33]
Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO
- 30.04.2024 [16:32]
Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO
- 30.04.2024 [16:28]
Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib
- 30.04.2024 [15:52]
Lənkəranda baş verən qəzada piyada ölüb
- 30.04.2024 [14:58]