Üçüncü “Zirvə oyunları” çərçivəsində bədii gimnastika üzrə yarışlar başa çatıb
Bakı, 12 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə yeniyetmələr arasında keçirilən üçüncü “Zirvə oyunları” davam edir.
AZƏRTAC xəbər verir ki, üçüncü “Zirvə oyunları”nda bədii gimnastika üzrə yarışlar başa çatıb. Yarışlarda “Zirvə” beynəlxalq idman klubundan, Respublika Kompleks İdman Məktəbindən (RKİM), habelə Gəncə və Sumqayıt şəhərlərindən müxtəlif yaş kateqoriyaları üzrə 40 gimnast iştirak edib.
Müsabiqədənkənar çıxışlardan sonra yarış başlanıb. Müxtəlif yaş kateqoriyaları üzrə birinci yerə Xanım Şərifli (RKİM, 1999-2003), Aytac Süleymanlı (Xırdalan, 2004), Selcan Məhərrəmova (Gəncə, 2005), Fatimə Səmədli (Gəncə, 2006), Səriyyə Süleymanlı (“Zirvə”), Səfurə Məmmədli (Gəncə, 2008), Gülşən Quliyeva (Gəncə, 2009-2010) çıxıblar.
Qaliblərə “Zirve İnternational Sport Clubs” tərəfindən medallar, diplomlar, xatirə hədiyyələri təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [19:46]
Dünya Kuboku: Azərbaycan millisi növbəti qələbəsini qazanıb
- 03.06.2026 [18:58]
“Araz-Naxçıvan” 41 yaşlı kapitanı ilə müqaviləni yeniləyib
- 03.06.2026 [18:33]
Azərbaycan idmançıları ötən ay 231 medal qazanıblar
- 03.06.2026 [18:17]
Azərbaycan millisinin voleybolçusu klubundan ayrılıb
- 03.06.2026 [18:12]
Güləşçilərin sağlamlığının qorunması istiqamətində vacib addımlar atılacaq
- 03.06.2026 [17:41]
Bakıda Ümumdünya Velosiped Günü veloyürüşlə qeyd edilib
- 03.06.2026 [16:38]