UKRAYNA PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB LEONİD KUÇMAYA
Hörmətli Leonid Daniloviç,
Donetsk vilayətindəki “Ukrayna” şaxtasında yanğın nəticəsində çoxsaylı insan tələfatı olması haqqında xəbər məni dərindən kədərləndirdi.
Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2002-ci il.