ÜMUMDÜNYA POÇT İTTİFAQININ “POÇT ÖDƏNİŞLƏRİ XİDMƏTLƏRİ HAQQINDA” SAZİŞİNƏ QOŞULMAQ BARƏSİNDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Ümumdünya Poçt İttifaqının “Poçt ödənişləri xidmətləri haqqında” 1999-cu il sentyabrın 15-də Pekin şəhərində imzalanmış Sazişinə müvafiq bəyanatla (bəyanatın mətni əlavə olunur) qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2007-ci il.