SİYASƏT
UŞAQ HÜQUQLARININ MÜDAFİƏSİNDƏ KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN BÖYÜK ROLU VARDIR
Quba, 22 aprel (AZƏRTAC). Qubada BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə insan hüquqları mövzusunda media nümayəndələri üçün praktiki seminar aprelin 22-də öz işini davam etdirmişdir.
Günün sonunda BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin uşaqların müdafiəsi proqramının rəhbəri Munir Məmmədzadə uşaq hüquqlarının müdafiəsində KİV-in rolu, uşaq və əlillər ilə bağlı mövzuların mətbuatda işıqlandırılması və digər məsələlər barədə məlumat vermişdir. O bildirmişdir ki, dünyada əlillərin 80 faizi yoxsul ölkələrin payına düşür. Əlillərə qarşı ayrı-seçkilik dünyada aktual problemlərdən biri olaraq qalır.
Gün ərzində seminarda mövzu ilə bağlı çıxışlar olmuş, ətraflı müzakirələr aparılmışdır.
Seminar aprelin 24-də başa çatacaqdır.