Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

VENESUELA BOLİVAR RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HUQO RAFAEL ÇAVES FRİASA

Hörmətli cənab Prezident, 

Venesuela Respublikasının milli bayramı - Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında əlaqələr daim genişlənərək hərtərəfli və səmərəli əməkdaşlığa çevriləcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Venesuela xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin