Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

VOLFQANQ RUTTENSTORFER: “AZƏRBAYCAN XƏZƏR HÖVZƏSİNDƏ BÜTÜN ENERJİ LAYİHƏLƏRİNİ HƏYATA KEÇİRMƏK ÜÇÜN AÇAR ROLUNU OYNAYIR”

Vyana, 5 fevral (AZƏRTAC). Son vaxtlar Avropanın enerji təminatında yaranmış problemlər Nabukko qaz kəməri layihəsini daha da aktuallaşdırmışdır. AZƏRTAC-ın xüsusi müxbiri layihənin əsas təşəbbüskarı olan Avstriyanın OMV neft-qaz şirkətinin İcraiyyə şurasının sədri Volfqanq Ruttenstorferdən layihənin hazırkı vəziyyəti və perspektivləri barədə müsahibə almışdır. Həmin müsahibəni oxuculara təqdim edirik.

- Cənab Ruttenstorfer, rəhbərlik etdiyiniz OMV şirkətinin Azərbaycanla əməkdaşlığının səviyyəsini necə qiymətləndirərdiniz?

- Bizim Türkiyədə “Petrol ofisi” adlı yanacaqdoldurma şəbəkəsində payımız var. Məqsədimiz Şərqə doğru əlaqələri genişləndirmək və Xəzər hövzəsindəki ölkələrin qaz resurslarının Avropaya nəqlinə nail olmaqdır. Hələ Türkiyədə fəaliyyətə başlayarkən bizə məlum idi ki, Azərbaycan Xəzər hövzəsində bütün enerji layihələrini həyata keçirmək üçün açar rolunu oynayır. Bu səbəbdən biz bir neçə il əvvəl, yəni 2007-ci ilin sentyabrında Bakıda öz ofisimizi açdıq və hazırda Azərbaycanla, xüsusilə Dövlət Neft Şirkəti ilə əlaqələrimizi dərinləşdirməkdəyik.

- Bakıdakı nümayəndəliyinizin qarşısında hansı tapşırıqlar durur?

- OMV olaraq biz Azərbaycanı neft və qaz sənayesində əhəmiyyətli tərəfdaşımız kimi görürük. Qazla bağlı məsələlərdə məqsəd ondan ibarətdir ki, regiondakı enerji resurslarına çıxış əldə edilsin və Avropa şirkətləri ilə ölkəniz arasında ixrac müqavilələrinin bağlanması barədə razılıq əldə olunsun. Azərbaycanın bizim üçün daha bir əhəmiyyəti ondan ibarətdir ki, biz nəinki Azərbaycan qazını ala, eyni zamanda Azərbaycan vasitəsilə Türkmənistanın və ola bilsin, Qazaxıstanın da enerji resurslarına çıxış əldə edə bilərik.

Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən isə biz Azərbaycanın maraqlarını daha geniş spektrdə görürük, burada söhbət neft bazarından gedir. Biz bilirik ki, Azərbaycanın Türkiyədə neft maraqları var və biz də həmin bazarda təmsil olunuruq. Həmçinin görürük ki, Azərbaycanın Qara dəniz hövzəsində, xüsusilə Rumıniya istiqamətində neft maraqları var. Bununla bağlı biz Qara dəniz ətrafındakı neft bazarlarından daha səmərəli istifadə edilməsi məqsədi ilə Azərbaycanı özümüzə biznes tərəfdaşı kimi görürük.

- Gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və enerji mənbələrinin şaxələndirilməsində Azərbaycan hansı rol oynaya bilər?

- Bu sahədə Azərbaycanın çox mühüm rolu ola bilər. Hazırda Avropa qaz təminatında əsasən Rusiyadan asılı vəziyyətdədir. Təbii ki, Rusiya gələcəkdə də Avropa üçün əsas qaz təminatçısı olaraq qalacaqdır. Lakin məqsədimiz ondan ibarətdir ki, Rusiya, Şimali Afrika və Şimal dənizi ilə yanaşı, alternativ variantlar da olsun - Xəzər hövzəsi və Yaxın Şərq ölkələrinin “mavi yanacaq” mənbələrinə də çıxış əldə edilsin. Bu baxımdan Azərbaycan Xəzər regionuna çıxmaq üçün körpü rolunu oynayır. Azərbaycanın iştirakı olmadan həmin regionun nəhəng resurslarından istifadə edilə bilməz. Azərbaycan təkcə Ceyhana uzanan əhəmiyyətli neft kəmərinin çıxış nöqtəsi deyil, gələcəkdə Türkiyədən keçməklə Bakıdan Mərkəzi və Qərbi Avropaya uzanan daha əhəmiyyətli bir qaz kəmərinin çıxış nöqtəsi olacaqdır. 

- Növbəti sual Nabukko layihəsinə aiddir. Necə oldu ki, belə bir ideya meydana gəldi və sizin şirkət burada aparıcı rolu öz üzərinə götürdü?

- OMV həmişə təbii qaz sektorunda birinci - pioner olmağa çalışmışdır. Biz ilk Qərb şirkəti idik ki, hələ 1968-ci ildə Sovet İttifaqı ilə qaz idxalına dair müqavilə imzalamışdıq və o, indiyədək qüvvədədir. Bu gün də Xəzər hövzəsinin qaz ehtiyatlarını Avropaya çatdırmaq üçün yenə pioner olmaq istəyirik. Əgər Avropanın qaz bazarında qarşıya yeni tələblər qoyularsa, OMV çalışacaq ki, zamanın tələbinə uyğun hərəkət edən ilk şirkət olsun. Buna görə də biz bir neçə il əvvəl Türkiyənin Botaş şirkəti ilə birlikdə qərara gəldik ki, yeni bir qaz kəməri layihəsinin əsasını qoyaq. Sonra isə Botaşla birgə Rumıniya, Bolqarıstan, Macarıstan və Almaniya nümayəndələrini konsorsiuma qoşulmağa dəvət etdik.

- Nə üçün bu layihəyə Nabukko adı verilmişdir?

- Layihədə iştirak edən ölkələrin nümayəndələrinin Vyanada keçirilən ilk toplantısından sonra OMV ev sahibi qismində qonaqları operaya dəvət emişdi və burada Cüzeppe Verdinin məşhur “Nabukko” operası göstərilirdi. Tamamilə təsadüfi olaraq yeni layihəyə ad axtaran nümayəndələrdə ona Nabukko adı vermək ideyası yarandı.

- Bir sıra ölkələr artıq kəməri qazla təmin etmək niyyətində olduqlarını bəyan etmişlər. Uzunmüddətli perspektivdə daha hansı ölkələrin bu layihəyə qoşulmasını mümkün sayırsınız?   

- Nabukko layihəsində heç vaxt kimisə istisna etmək nəzərdə tutulmur. Təbii ki, Nabukko ilk növbədə Xəzər hövzəsinin, habelə Mərkəzi Asiyanın qaz ehtiyatlarının Avropa bazarına nəqlinə xidmət etməlidir. Nabukko vasitəsilə Azərbaycan və digər Xəzər hövzəsi ölkələri, eləcə də Yaxın Şərq ölkələri Avropa bazarına birbaşa çıxmaq imkanına malik olmalıdır. Bununla da onlar Avropa bazarlarında qiymətlərə müsbət təsir göstərə bilər.

- Rusiya Avropa üçün etibarlı qaz təminatçısı kimi tanınır. Son həftələrdə Rusiya və Ukrayna arasında baş vermiş qaz mübahisəsi Avropanı yeni qaz mənbələri axtarışına sövq etmirmi?

- OMV üçün hər zaman aydın olmuşdur ki, qaz təchizatında bir böyük təminatçıdan asılılıq böyük riskdir. Bu səbəbdən biz Avstriyada nəhəng təbii qaz anbarları tikmişik. Yanvarın əvvəlində yaşanan böhran zamanı həmin anbarlardakı ehtiyatlar sayəsində müştərilərimiz qazla təminatda problemlə üzləşmədilər. Amma bizim bu böhrandan çıxardığımız nəticə o oldu ki, yalnız bir tərəfdaşa güvənməli deyilik, əksinə, bir neçə tərəfdaş tapmalıyıq. Ona görə də hesab edirik ki, Xəzər hövzəsindən, xüsusilə Azərbaycandan, habelə Yaxın Şərqdən əlavə qaz ehtiyatlarının Avropaya nəqlinə ehtiyac artmışdır. Məqsədimiz də Türkiyədən keçməklə Cənub-Şərqi və Mərkəzi Avropaya uzanacaq Nabukko nəql marşrutu vasitəsilə Xəzər regionunun enerji resurslarını Avropaya gətirməkdir. Cənub-Şərqi Avropa ölkələrinin bu layihəyə marağı böyükdür, çünki böhran vaxtı ən böyük zərbə onlara dəymişdir. Nabukko bu ölkələrin gələcəkdə qaz təminatında yarana biləcək çətinliklərin aradan qaldırılmasına öz töhfəsini verəcəkdir.

- Təxminən bir il əvvəl müsahibələrinizdən birində “Rusiya qaz imperializmi” anlayışını mənfi qarşılamışdınız. Bu gün həmin ifadəyə münasibətiniz necə olardı?

- Bu anlayışı bu gün də qəbul etmirəm. Rusiyanın böyük qaz ehtiyatları var və ondan ölkənin iqtisadi inkişafı üçün səmərəli istifadə etməyə çalışır. Bu səbəbdən də ölkə hələ 40 il bundan əvvəl qaz ixracına başlamışdır. Amma bununla yanaşı, yenə də demək istəyirəm ki, hazırda bir deyil, müxtəlif qaz təminatçıları ilə işləmək imkanına malik olmaq vacibdir. Nabukkonun da məqsədi buna şərait yaratmaqdır.  

- Mətbuatda belə bir fikir səslənirdi ki, qaz böhranı vaxtı Avropa bu böhrana ləng reaksiya verdi. Ümumiyyətlə, Avropanın enerji siyasətinin gələcəyini necə görürsünüz?

- Biz hesab edirik ki, “mavi yanacaq” təkcə texnoloji baxımdan deyil, eyni zamanda, ekologiya qanunlarının sərtləşdiyi bir dövrdə də sərfəli olduğuna görə gələcəkdə də Avropada əhəmiyyətli rol oynayacaqdır. Bu da o deməkdir ki, əgər Avropanın qaza tələbatı artarsa, bu qazın regiona gətirilməsi üçün geniş nəql imkanları olsun. Əsas məqsəd imkan daxilində əlavə qaz mənbələrinin tapılması və eyni zamanda, bu mənbələrə çıxış əldə edilməsidir. Bu səbədən də biz bir neçə il öncə Nabukko layihəsini təklif etdik və qətiyyətlə demək istəyirəm ki, onun üzərində işləyirik, ləng hərəkət etməmişik və yatıb qalmamışıq. Çox gözəl bilirik ki, gələcəkdə Avropada təbii qaza tələbat artacaqdır.    

- ABŞ-ın yeni administrasiyasının yürüdə biləcəyi fərqli siyasət İranın da gələcəkdə bu layihəyə qoşulmasını mümkün edirmi?

- Qəti fikir söyləmək hələ tezdir. Obama administrasiyası hələ bir neçə gündür ki, hakimiyyətdədir və ümidvaram ki, yaxın gələcəkdə ABŞ da Yaxın Şərq regionu barədə barışdırıcı siyasi xətt götürəcək və orada sabit inkişafın əldə olunmasına çalışacaqdır. Bu da imkan verəcək ki, Yaxın Şərqin qaz ehtiyatlarına malik bütün ölkələrini Nabukkoya cəlb etmək mümkün olsun.

Təəssüf ki, bu, hələ reallıq deyil, lakin ümid edirəm ki, ən yaxın illərdə gerçəkliyə çevriləcəkdir.

- Nabukko qaz kəmərinin gələcəkdə Qərb sərhədi məlumdur, Şərqə doğru isə haraya qədər uzanacağı bilinmir. Kəmər Şərq istiqamətində hansı regionlara qədər uzana bilər?

- Ümid edirəm ki, Nabukko vasitəsilə gələcəkdə yalnız Azərbaycan deyil, Xəzər dənizinin digər sahilində yerləşən ölkələr də mümkün qaz təminatçılarına çevrilsin. Bunun üçün Transxəzər qaz kəmərinin tikintisi çox əhəmiyyətlidir. Avropa İttifaqının dəstəyi ilə OMV və RWE şirkətləri həmin kəmərin reallaşdırılması imkanlarını araşdırmaq, iqtisadi əsaslandırma aparmaq və həll variantları təklif etmək məqsədi ilə “Caspian Energy Corporation” adlı şirkət də yaratmışlar. Fikrimcə, gələcəkdə Nabukkonun Şərqdə son nöqtəsi Bakı olmayacaq, kəmər dənizin o biri sahilinə - Türkmənistana da gedib çatacaqdır. Bildiyimiz kimi, Türkmənistanın əsas qaz yataqları Xəzəryanı ərazidə deyil, dənizdən yüzlərlə kilometr şərqdə yerləşir.  

- Rusiya Nabukko layihəsinin reallaşmasından o qədər də məmnun deyil. Gələcəkdə mümkündürmü ki, Ukrayna kimi tranzit ölkələrlə problemlərin olmaması üçün Rusiya öz qazını Nabukko vasitəsilə Avropaya nəql etsin?

- Nabukko Avropa İttifaqının hüquq normaları əsasında tikiləcək bir kəmərdir. Bu səbəbdən də bizim borcumuzdur ki, bu kəməri bütün hüquqi şərtlərə riayət edən qaz təminatçılarının sərəncamına verək. Təbii olaraq mümkündür ki, sabah Rusiya və bir sıra digər ölkələr öz qazını Nabukko vasitəsilə Avropaya ötürsün. Avropa qanunları əsasında bizim heç kəsi istisna etməyə ixtiyarımız yoxdur və bunu heç zaman istəməzdik.

- Belə məqamda rəqabətdən ehtiyatlanmırsınız ki?

- Biz rəqabətdən qətiyyən çəkinmirik. Əsas məsələ odur ki, Avropanın “mavi yanacağ”a tələbatı getdikcə artmaqdadır. Buna görə də müxtəlif mənbələrdən nəql xətləri ilə Avropaya enerji daşıyıcıları gəlirsə, biz bundan narahat olmuruq, əksinə, bunu alqışlayırıq.

- Rusiyanın bir sıra politoloqları Nabukkoya qoşulmaması üçün Azərbaycana təsir göstərməyə çağırırlar. Bu məsələyə münasibətinizi bilmək maraqlı olardı.

- Bu məsələdə yekun qərar təbii ki, Azərbaycana məxsusdur. Azərbaycan müstəqil ölkədir və əminəm ki, doğru qərar qəbul edəcəkdir. Digər tərəfdən isə yanvarda baş verən hadisələr bizə bir daha göstərdi ki, məhdud sayda nəql xətləri əlverişsizdir, onların sayı çox olmalıdır. Hesab edirəm ki, marşrutların şaxələndirilməsi hamı üçün uduşdur. Bu, həm Avropanın enerji təhlükəsizliyini təmin edəcək, həm də Avropada qaz istehlakının miqdarını artıracaqdır. Bildiyimiz kimi, Avropanın qaz bazarı ən yüksək qiymətlərə malikdir və bu da Azərbaycana imkan verəcək ki, öz qazını sərfəli qiymətlərlə təklif etsin.  

- Nabukko nə vaxt layihə mərhələsindən real iş mərhələsinə qədəm qoyacaqdır?

- Bu yaxınlarda Prezident İlham Əliyevin də iştirak etdiyi Budapeşt sammitində qərara alınmışdır ki, bu ilin ortalarınadək Türkiyə və digər iştirakçı ölkələrlə beynəlxalq hüquqi sazişlərin imzalanması başa çatdırılsın. Ondan sonra isə bütün qaz nəqli şirkətləri dəvət olunacaq ki, onlar istədikləri həcmdə qaz sifariş versinlər. Ümid edirəm ki, həmin sifarişlərin əsasında ilin sonuna qədər kəmərin tikintisi məsələsi öz həllini tapacaqdır. Onun ardınca isə növbəti ilin əvvəlində kəmərin tikintisinə başlanacaqdır.

- Deməli, Azərbaycanın bu layihədə həm hasilatçı, həm də tranzit ölkə kimi iştirak etmək imkanı ola bilər.

- Təbii ki, Nabukko layihəsinin iştirakçısı olan bütün tərəflərə bu kəmər bir növ nəqletmə vasitəsi kimi təqdim olunur. Azərbaycan istər ARDNŞ, istərsə də başqa bir qurumu vasitəsilə bu kəmərlə Avropaya “mavi yanacaq” nəql edə və birbaşa Avropa bazarlarında satışa çıxara bilər.

- Sonuncu sual, kəmərin tikintisinin maliyyələşməsi necə həll ediləcəkdir?

- Bizim son hesablamalarımıza görə, tikinti xərcləri 7,9 milyard avro olacaqdır. Avropa İttifaqı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı öhdəlik götürmüşlər ki, maliyyələşmədə iştirak etsinlər. Çünki Avropa Komissiyası çox əmindir ki, bu layihənin Avropa üçün həlledici rolu vardır. Bu səbəbdən də biz bu layihənin maliyyələşməsindən qətiyyən nigaran deyilik.

- Cənab doktor Ruttenstorfer, bizə vaxt ayırdığınıza və maraqlı müsahibəyə görə təşəkkür edirik!

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Şumerlərin izi ilə” - elmi seminar

Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstələyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib VİDEO

Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Naxçıvan şəhərində evdə yanğın olub

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir

Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Türkiyədə “Heydər Əliyev adına təqaüd” proqramında iştirak etmək üçün ərizələrin qəbuluna başlanılıb

RF XİN: Rusiyaya gələn əcnəbi vətəndaşların ətraflı yoxlanılması müvəqqəti xarakter daşıyır

Azərbaycan ombudsmanı autizmli şəxslərlə görüşüb

BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər

Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

APOPO-nun nümayəndələri Bakı Mühəndislik Universitetində olublar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir

Dövlət Məşğulluq Agentliyi yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə ISO sertifikatına layiq görülüb

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira partiyası əməkdaşlığı genişləndirir VİDEO

Sumqayıtda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər saxlanılıb

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş olub

Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar ərazidən götürülüb

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb

Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır

Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır VİDEO

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb VİDEO

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib

Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib

ADNSU-da törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib

Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır

Azərbaycan COP29 sədrliyi zamanı “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır

Ceyhun Bayramov: Yaxın Şərqdə gərginliyin davam etməsi dərin narahatlıq mənbəyidir

Nazir müavini: Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək

Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb

Aqrar Sığorta Fondu 2024-cü ilin ilk rübü üzrə nəticələrini açıqlayıb

“Tron 3” filminin nümayiş tarixi məlum olub

Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında

Yaponların ənənəvi qeyri-adi festivalı keçirilib

Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

Türkiyə və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub

Kral Çarlz Londonda ictimai vəzifəsinə davam edir - AZƏRTAC-ın eksklüziv fotoları VİDEO

Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək

Azad Gözəlov: Azərbaycanda avarçəkmə və kanoenin fəaliyyətini genişləndirmək niyyətindəyik

Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb