Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Xalqımız yaxşı bilir ki, torpaqlarımızı satan kimdir, onu əsarətdən qurtaran kimdir

Vüqar Rəhimzadə: Xalqımız yaxşı bilir ki, torpaqlarımızı satan kimdir, onu əsarətdən qurtaran kimdir

Bakı, 29 yanvar, AZƏRTAC

Dövlət o zaman güclü olur ki, ona rəhbərlik edən lider ölkəsinin, xalqının gələcəyini düşünür, bu istiqamətdə təkmil strategiya müəyyənləşdirərək onun həyata keçirilməsinə nail olur. Müstəqillik yollarında ilk addımlarını atan ölkənin inkişafında idarəçilik qabiliyyətinin, zəngin təcrübənin nə qədər əhəmiyyətli rol oynadığının geniş şərhə ehtiyacı yoxdur. Bu baxımdan Azərbaycanın müstəqilliyimizin ilk illərində yaşadığı əsas problemlər idarəçiliyin yoxluğu, mövcud iqtisadiyyatı məhv etmək, ölkədə siyasi və silahlı anarxiyaya rəvac vermək, bir sözlə, o illərdə iqtidarda olanların şəxsi mənafelərini ümumi mənafelərdən üstün tutmaları idi desək qətiyyən mübaliğəyə yol vermiş olmarıq. 44 günlük İkinci Qarabağ müharibəsi bütün bu reallıqlara bir daha işıq saldı, torpaqları satanların, onları işğaldan azad edənlərin kimlər olduğunu ortaya qoydu.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, xəyanətkarların, satqınların toplaşdığı “milli şura” deyilən qurum sanki Azərbaycanda Ermənistanın səfirliyi, Əli Kərimli və onun kimilər isə Ermənistanın səfiri funksiyasını yerinə yetirir: “Vaxtilə torpaqlarımızı satan AXC-Müsavat cütlüyünün tör-töküntülərindən ibarət olan bu qurum yarandığı vaxtdan xalqa, dövlətə xəyanət yolunu tutub. Bu antimilli ünsürlərin davranışları hazırda Azərbaycanın hərbi-siyasi Qələbəsini həzm edə bilməməklə ermənilərin və ermənipərəst dairələrin sifarişlərinin icraçısı olduqlarını, onlar üçün hələ də dövlət, xalq, Vətən məfhumlarının arxa planda dayandığını tam çılpaqlığı ilə ortaya qoyur. AXCP sədri Əli Kərimli xəyallar aləminə səyahətə çıxarkən hakimiyyətə yenidən gələcəkləri təqdirdə hansı planları gerçəkləşdirəcəklərini açıqlamaqla xalqa bir daha birillik hakimiyyətləri dövründə törətdikləri faciələri xatırlatdı. Gəncləri Vətənə xəyanət ruhunda tərbiyə etməyə çalışan Əli Kərimlinin əlində alətə çevirdiyi bu tip olaylar hər kəsin yaddaşındadır. Xəyanətkar sədrin ssenarisi əsasında Vətənə xəyanət yolunu tutan, Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb əldə edilən razılaşma əsasında alacağı pullarla özünə təmtəraqlı həyat quracağını düşünənlər törətdikləri cinayətlərə görə həbs olunur, həbsdən çıxdıqdan sonra onların Ə.Kərimli haqqında etirafları hər kəsdə belə bir ünsürün özünü Azərbaycan vətəndaşı kimi təqdim etməyə haqqı olmadığı qənaətini təsdiqləyir”.

Baş redaktor bildirib ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir çıxışında, xalqa müraciətlərində torpaqlarımızın işğala məruz qalmasının səbəblərini xüsusi qeyd edir. Azərbaycan Prezidenti Qarabağın tacı olan Şuşamıza səfəri zamanı döyüşçülərlə görüşündə, həmçinin Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu mühüm məqamı xüsusi diqqətə çatdırmışdır ki, tarixi həqiqətlər ölkə və dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmalı, hər kəs bu həqiqətləri bilməlidir. Bu tarix hər kəsə məlumdur ki, 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü. O vaxt ermənilərin öz dırnaqarası əməliyyatlarına “dağlarda toy” adını verdiyini xatırladan dövlətimizin başçısı İlham Əliyevin bildirdiyi kimi, halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı: “O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır.

“Bədnam AXC-Müsavat cütlüyünün digər sahələr kimi, orduda yaratdığı acınacaqlı hal da yaddaşlardadır”, - söyləyən V.Rəhimzadə əlavə edib ki, həmin vaxt ordunun maddi-texniki təminatı yox dərəcəsində idi, eyni zamanda, əsgərlərin döyüş ruhunu artırmaq üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi. Ön cəbhədə döyüşlərin getdiyi bir vaxtda arxa cəbhədə vəzifə davası aparılır, silahlı qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Dağınıq vəziyyətdə olan Silahlı Qüvvələrimiz torpaqlarımızın müdafiəsinə deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Cəbhədə döyüşlərin getdiyi vaxt Surət Hüseynovun, İsgəndər Həmidovun, Rəhim Qazıyevin və başqalarının silahlı dəstələrinin paytaxtı hərbi poliqona çevirdiklərini xalq unutmayıb. Nəticədə erməni silahlı birləşmələri Dağlıq Qarabağla birgə ətraf yeddi rayonu da işğal etməyə nail oldular”. Budur bu gün özlərini xalqa, dövlətə canıyanan kimi göstərməyə çalışan ünsürlərin əsl siması. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə xarici KİV-lərə müsahibələrində daim Birinci Qarabağ müharibəsi dövründəki Azərbaycanla bugünkü Azərbaycanın müqayisəsini apararaq bu fikri böyük fəxr və qürurla qeyd edirdi ki, hazırkı Azərbaycan bütün sahələrdə davamlı uğurlara imza atan, dünya birliyinin fəal üzvünə çevrilən, sözünün imzası qədər dəyəri olan Azərbaycandır. Bu müddət ərzində Azərbaycan daha da gücləndi, beynəlxalq hüquq deyilən məfhumun mövcudluğunu dünyaya çatdırdı. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının tribunasından bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Biz imkan vermərik ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın. Dövlətimizin başçısı hər bir vədini yerinə yetirdi. Tarixi Qələbəmiz bir daha möhtərəm Prezidentimizin dövləti, xalqı üçün necə Lider olduğunu nümayiş etdirdi. Təbii ki, hər kəs tarixdə özünün əməlləri ilə iz qoyur. Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizə rəhbərlik edənlərin hakimiyyət dövrü tariximizdə qara səhifə kimi yer alsa da, 1993-cü ildən başlanan yol davamlı inkişaf yoludur. Çünki bu yolu düzgün müəyyənləşdirən Lider bütün həyatını, ömrünü Azərbaycan xalqının bu gününə və gələcəyinə həsr etmişdir. 2003-cü ildən başlanan yol isə Heydər Əliyev yolunun davamıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev ərazi bütövlüyümüzü bərpa edərək, Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşduraraq ata vəsiyyətini, xalqımıza verdiyi hər bir vədi zamanı yetişəndə yüksək səviyyədə yerinə yetirməsi ilə qürur duyur.

Baş redaktor bildirib ki, tarix heç nəyi silmir. AXC-Müsavat cütlüyünün tör-töküntüləri bu gün özlərini xalqa vətənpərvər kimi təqdim etməyə nə qədər çalışsalar da, bunun mümkünsüzlüyünün fərqindədirlər. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir” çağırışı bu ünsürlərə ciddi mesaj, eyni zamanda, dərs olmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb