Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyanada mədəniyyət həftəsində Azərbaycanla bağlı mövzular diqqət mərkəzində olub VİDEO

Vyana, 7 sentyabr, AZƏRTAC

Vyanada “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” mədəniyyət həftəsi keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzinin də tərəfdaş kimi qoşulduğu həftə ərzində milli rəqs və geyimlərə həsr olunmuş tədbirlər, qadınların cəmiyyətdə roluna dair podium diskussiyası və qala gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (BMMT) həyata keçirdiyi tədbirlərdə ümumilikdə 60-dək ölkənin nümayəndəsi iştirak edib.

Tədbirin bədii hissəsində gənc musiqiçilər kiçik konsert proqramı ilə çıxış ediblər. Gənc azərbaycanlı pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə Azərbaycan bəstəkarlarının əsərlərini, eləcə də özünün bəstələdiyi “Xocalıya” kompozisiyasını ifa edib və bu ifa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Podium diskussiyasında müxtəlif ölkələrin səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri və Vyana şəhər meriyasının rəhbər vəzifəli şəxsləri çıxışçı kimi iştirak ediblər.

Podium diskussiyasına çıxışçı qismində dəvət olunan Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova gender bərabərliyindən danışarkən, bu bərabərliyin Azərbaycanın demokratik keçmişindən irəli gəldiyini söyləyib. Bildirib ki, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi qeyd edilib. Müsəlman dünyasında ilk dünyəvi parlament respublikası, etnik, dini və sosial mənşəyindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər hüquqların verilməsi bütün müsəlman və türk dünyasında baş verən çox vacib bir hadisə idi. Qadınlar kişilərlə bərabər hüquqlara sahib oldular və 100 il əvvəl qadınlara seçki hüququ verildi, bu da onlara Azərbaycanın ictimai və siyasi həyatında iştirak etməyə imkan yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olsa da, qəbul edilmiş qərarlar ölkəmizin gələcəyinə çox təsir etdi.

Xüsusilə qeyd edilib ki, Azərbaycanda qadınlara yüksək dəyər verilməsi, onların cəmiyyətdə mövqeyinin gücləndirilməsi üçün atılan addımların tarixi qədimdir. Azərbaycanın tanınmış xeyriyyəçilərindən olan Haci Zeynalabdin Tağıyev 1901-ci ildə Bakıda müsəlman qızlar üçün ilk dünyəvi məktəb açıb. 1908-ci ildə Qarabağ xanlığının son hökmdarının varisi Həmidə Cavanşir oğlan və qızların birlikdə oxuduğu bir məktəb yaradıb. Bütün bu addımlar hələ XX əsrin əvvəlində Azərbaycanda gender bərabərliyi istiqamətində görülən işlər idi: “Çox qürur hissi ilə deyə bilərik ki, müstəqilliyimizi bərpa etdikdən sonra gender bərabərliyi yolunda qətiyyətli addımlar atmağa başladıq. 1998-ci ildə Azərbaycanda Qadın Məsələləri üzrə Komitə yaradıldı. 2000-ci ildə ümummilli lider Heydər Əliyev qadınlarla bağlı dövlət siyasətində böyük rol oynayan Fərman imzaladı. 2006-cı ildə qəbul edilən “Gender bərabərliyinin təminatları haqqında qanun“ gender əsaslı ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaq, siyasi, iqtisadi, sosial və mədəni sahələrdə gender bərabərliyini təmin etmək məqsədi daşıyırdı”.

Bildirilib ki, Azərbaycanda gender siyasəti gücləndikcə cəmiyyətin müxtəlif təbəqələrində qadınların mövqeyi də möhkəmlənir. Hazırda ölkəmizdə doktorantura ali təhsil pilləsində təhsil alanların 56 faizi qadınlardır, dövlət qurumlarında, eləcə də özəl sektorda da onların sayı artmaqdadır.

Səfir həmçinin qeyd edib ki, yeni nəsil Azərbaycan diplomatları və gənc liderlər Heydər Əliyev Fonduna rəhbərlik edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan ilham alırlar. Mehriban Əliyeva UNESKO-nun xoşməramlı səfiri kimi yorulmaz humanitar səyləri, qadınlar, uşaqlar üçün təbliğat işləri ilə də tanınır, Azərbaycan qadınları üçün əsl örnək rolunu oynayır.

Podium diskussiyasında cəmiyyətdə və dövlət idarəçiliyində gender bərabərliyi, idarəçilik orqanlarında qadınların sayının artırılması, sülhün qorunması və qadınların cəmiyyətdə mövqeyinin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Altı gün davam edən mədəniyyət həftəsinin yekununda müxtəlif ölkələrin milli geyimlərindən ibarət “Dünyanın geyimləri” adlı dəfilə təşkil edilib. Dəfilədə 60-dək ölkənin milli geyimləri təqdim olunub.

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan milli geyimləri də dəfilədə təqdim edilib. Azərbaycanlı dizaynerin milli geyimlərdən ibarət kolleksiyası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Kolleksiyada Azərbaycanın müxtəlif regionlarının (Qarabağ, Bakı, Gəncə-Qazax) yüksək bədii ustalıqla tikilmiş kişi və qadın geyimləri də sərgilənib.

Tədbirin moderatoru iştirakçılara Gülnarə Xəlilovanın yaradıcılığı və onun rəhbəri olduğu “Gülnarə Xəlilova Moda və İncəsənət Evi” barədə məlumat verib, Azərbaycan milli geyimlərinin moda sərgisində nümayişi üçün göstərdiyi dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

“Mədəniyyətlərarası bağlılığın uzun gecələri“ mədəniyyət həftəsi qala gecəsi ilə başa çatıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

Vyanada mədəniyyət həftəsində Azərbaycanla bağlı mövzular diqqət mərkəzində olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib

Heyvandarlıq sahəsində yeni şərtlər - fermerlər nə qədər subsidiya alacaqlar?

İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib

Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır

“Gülüstan” türbəsi– Azərbaycan daşişləmə sənətinin nadir incisi

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Baş nazir yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Universitetində qazaxıstanlı professor-müəllim heyəti üçün təkmilləşdirmə kursu təşkil olunub

Yağmur Soylu: X nəslinin bəyənməsi dəstək, Z nəslinin reaksiyası isə özünüifadə vasitəsidir – MÜSAHİBƏ

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub

® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir

Ekspert: Qızılın ucuzlaşması Azərbaycanda zərgərlik məhsullarının qiymətinə təsir edə bilər

AFFA Məşqçilər Komitəsinin sədri: Bu mövsüm Premyer Liqada asan məğlub olmaq istəyən komanda yoxdur

Baş katib: “Bakı Prosesi” Şərqlə Qərb arasında birbaşa ünsiyyət üçün yol açıb

Belçikada işçilərin sayının azalacağı gözlənilir

MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi - REPORTAJ

On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib

Müctəba Xamenei: ABŞ-də seçkilərin nəticələri Vaşinqtonun İran siyasətində dəyişikliyə səbəb olmayacaq

Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib

® “Carlsberg Azerbaijan” və Azərbaycan Texnologiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir

İctimai Şura sədri: Zəfərin təməlində “Dəmir yumruq” ətrafında birləşən xalqımızın həmrəyliyi dayanır

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir

ABŞ-də aralıq seçkiləri: AI data mərkəzlərinə qarşı etirazlar Demokratların mənafeyinə xidmət edir

Mehman Nəcəfov: Milli ifaçılıq ənənələri gələcək nəsillərə düzgün çatdırılmalıdır

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

FIFA U-15 dünya çempionatında hakimliyin təşkilinə görə AFFA-ya təşəkkür edib

“Bir cənub şəhərində”

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovadan

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan

Tədqiqat: Dəniz səviyyəsinin qalxması ekosistem xidmətlərini ildə 164 milyard dollardan məhrum edə bilər

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdaridən

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Deputat: Heydər Əliyev azərbaycançılıq məfkurəsini dövlət siyasəti səviyyəsinə yüksəltdi

“Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb

Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dünyada əqli sağlamlıq səviyyəsi zəifləyir - 92 ölkədə aparılan sorğunun nəticəsi

Nazir: Dövlət büdcəsinin əsas hədəflərindən biri özəl investisiyaların artırılmasına dəstək verməkdir

K.S.İmanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Read Qasımov: Əhalinin gündəlik şəhər mərkəzi və geriyə hərəkəti nəqliyyat sisteminə əlavə yük yaradır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNİB VİDEO

Romanın qonaqları - Bir şəhər, min bir turist... FOTOREPORTAJ

Ramil İskəndərli: Azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayağıdır

İƏİT-in vergi cinayətləri ilə mübarizə sahəsində təşviq etdiyi vahid yanaşma səmərəli prinsiplərə əsaslanır

Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan dövlət maliyyəsi təsnifatını beynəlxalq GFSM standartına 95 faiz uyğunlaşdırmağı hədəfləyir

Ucarda fermerlərin toxum təminatına dəstək məqsədilə satış məntəqəsi fəaliyyətə başlayıb

Sahil Babayev: Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır

Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı 32 faizdir

Ankarada Azərbaycanın biznes və investisiya mühiti təşviq edilib

Almaniyada sığınacaq axtaran əcnəbilərin sayı kəskin azalıb

Mehdixan Vəkilov: 148 manatlıq kostyumu "Avara bağı"nda dilənçiyə verən Səməd

Özəl sektorda təqribən 50 minə yaxın əmək müqaviləsi artımı olub

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir VİDEO

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir VİDEO

Maliyyə naziri: ARDNF qızılın qiyməti 5000 dolları keçdikdən sonra satışa başlayıb

Avrozonada inflyasiyanın illik səviyyəsi 4 faizə çatıb

Nazir: Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub

Zəfərin ağxalatlı qəhrəmanları: məktəblilər onların fədakarlığını canlandırdılar VİDEO

Zəfərin ağxalatlı qəhrəmanları: məktəblilər onların fədakarlığını canlandırdılar VİDEO

Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

İdarə rəisi: Bakı 2040-cı ilədək müasir və dayanıqlı şəhər modelinə keçəcək

AQTA qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə işlərini davam etdirir

® Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib

“AIREX 2026” iştirakçısı: Bu sərgi xarici investorların regionun potensialını yaxından tanıması üçün əhəmiyyətli platformadır

Millinin sabiq baş məşqçisi: Yerli futzalçıların yeni sistemə uyğunlaşması üçün zamana ehtiyac var

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edib

Səfir: Səudiyyə Ərəbistanı Azərbaycanla həmrəyliyini qurban payı ilə nümayiş etdirir

AZƏRTAC “AIREX 2026” sərgisinin media tərəfdaşıdır VİDEO

AZƏRTAC “AIREX 2026” sərgisinin media tərəfdaşıdır VİDEO

“Qalatasaray” rusiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir

“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” - elmi seminar

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

Hesablama Palatasının sədri: Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122,1 milyon manat daxil olub

Vüqar Gülməmmədov: Gömrük rüsumları üzrə proqnozlaşdırılan məbləğin 30 milyon manatı yığımların payına düşür

Maka Boçorişvili: Dialoq olmadan Aİ Gürcüstandakı prosesləri obyektiv qiymətləndirə bilməyəcək

Büdcə prosesinin iştirakçıları ilə müzakirələr hər növbəti il büdcə sənədləşməsinin keyfiyyətinin artırılmasına səbəb olur

Azərbaycanlı voleybolçu: Bolqarıstan klubu ilə matçın həlledici məqamlarında təcrübəmiz öz sözünü dedi

Samuxda yeni yaşıllıqlar salınıb

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Çin ilə Avropa arasında nəqliyyat dəhlizlərinin inkişafı Qırğızıstan üçün prioritet məsələdir

Paşinyan: Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir

Dünyanın dörd texnologiya nəhəngi süni intellektə 740 milyard dollardan çox vəsait ayıracaq

“Ədəbi proses-2025”: müharibə mövzusu, gənc müəlliflər və detektiv ədəbiyyatın gələcəyi

Dövlət maliyyəsinin idarə edilməsi istiqamətində aparılan təkmilləşmələrin nəticəli olması üçün 35 tövsiyə verilib

Ekspert: Metro şəbəkəsinin genişləndirilməsi şəhərətrafı ərazilərdə sərnişin axınının bölüşdürülməsinə imkan verəcək

Vüqar Gülməmmədov: Qeyri-resurs gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmasının zəruri olduğu qənaətindəyik

Azərbaycanla Qırğızıstan fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlığı genişləndirir

Avropa Komissiyası Gürcüstanla bağlı illik hesabatını təqdim edib

Bakıda qəza - avtomobil klinikaya çırpıldı FOTOLAR VİDEO

Bakıda qəza - avtomobil klinikaya çırpıldı FOTOLAR VİDEO

Gəncədə “Gələcəyin karyerası” regional tədbiri: ekspertlər tələbələrə tövsiyələr veriblər

Tural Rzayev: Xankəndi istiqamətində hər addımımız Vətən sevgisindən güc alırdı

Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb

Azərbaycanın su obyektlərinin hidroqrafik xüsusiyyətləri araşdırılıb