Zəfər tariximiz – qürur salnaməmiz
Bakı, 4 noyabr, AZƏRTAC
Nəriman Nərimanovun Xatirə Muzeyi və H. Mahmudbəyli adına 2 nömrəli Texniki-Humanitar Liseyin birgə təşkilatçılığı ilə “Zəfər tariximiz – qürur salnaməmiz” adlı tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə mədəniyyət işçiləri, liseyin müəllim və şagird kollektivi, Bakı Hərbi Kollecinin zabit heyəti və kursantları, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, eləcə də 226 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Tədbir çərçivəsində vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, musiqi nömrələri və ədəbi-bədii kompozisiyalar təqdim olunub.