Xaçmazda canavarlar 15 qoyunu parçalayıb VİDEO
Xaçmaz, 27 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda canavarlar fərdi təsərrüfata hücum edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Bəbəli kəndinin sakini Rəhman Məmmədovun təsərrüfatında baş verib. Gecə saatlarında canavarlar tövləyə soxularaq 15 baş qoyun-quzunu parçalayaraq öldürüb, 15-ni isə yaralayıb.
Xaçmaz Rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerinə gəlib. Ölmüş heyvanlar zərərsizləşdirilərək basdırılıb, yaralı heyvanlarda quduzluğa qarşı peyvəndləmə aparılıb və ərazidə dezinfeksiya işləri həyata keçirilib.