REGİONLAR
Xızı rayon nümayəndəliyinin təşkilatçılığı ilə hərbi hissədə bayram tədbiri keçirilib
Xızı, 11 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin təşkilatçılığı ilə N saylı hərbi hissədə Qurban bayramı münasibətilə tədbir keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, bayram tədbirində çıxış edən Xızı rayon Mikayıl Müşfiq muzeyinin direktoru Orxan Əzimov, uşaq musiqi məktəbinin direktoru Vəli Şıxəlizadə hərbi hissənin şəxsi heyətinə mədəniyyət işçiləri adından təbriklərini çatdırıblar, Vətənin igid oğullarına uğurlar arzulayıblar.
Tədbir “Xızı dağları” ansamblının çıxışı ilə davam edib. Bir-birindən rəngarəng Vətən nəğmələri və əsgərlərin oynaq, şux mahnılara qatılaraq ifa etdikləri rəqslər alqışlarla qarşılanıb.