Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yalçın Hacızadə: Prezident İlham Əliyevin hakimiyyəti dövründə regionların sosial–iqtisadi inkişafı xüsusi diqqət mərkəzindədir

Yalçın Hacızadə: Prezident İlham Əliyevin hakimiyyəti dövründə regionların sosial–iqtisadi inkişafı xüsusi diqqət mərkəzindədir

Bakı, 15 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin 19 illik hakimiyyəti dövründə regionların sosial–iqtisadi inkişafı xüsusi diqqət mərkəzindədir. Bu istiqamətdə geniş və çoxşaxəli layihələr hazırlanaraq həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın İsmayıllı və Ağsu rayonlarına səfəri də bu istiqamətdə həyata keçirilən növbəti tədbirlərdən biridir. Qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Müxtəlif sahələrlə yanaşı, ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi də hazırlanıb. Qeyri-neft sektorunun inkişafında turizm sahəsinin xüsusi çəkisi var. Prezident İlham Əliyevin son səfəri zamanı turizm obyektlərinin açılışı, Azərbaycanın çoxəsrlik tarixini özündə əks etdirən abidələrin bərpası turizm potensialının yaradılmasıdır.

Qlobal pandemiyanın nəticələrinin aradan qaldırılması işlərinə, Vətən müharibəsindən sonra həyata keçirilən sosial layihələrə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində aparılan böyük bərpa və quruculuq fəaliyyətinə baxmayaraq, eyni zamanda, digər şəhər və rayonlarımızın da sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılır. Sosial-iqtisadi sahələrdə görülən fəaliyyətlər və bu işlərə dövlətimizin başçısının özünün birbaşa nəzarəti əlbəttə ki, çox sevindirici və təqdirəlayiq haldır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib.

Politoloq qeyd edib ki, dünyada yaranan münaqişələr ərzaq təhlükəsizliyi məsələlərini də qabardır. Ölkəmizdə bu sahədə aparılan işlər gələcəkdə belə bir təhlükənin nəticələrinin aradan qaldırılması məqsədi daşıyır. İxrac olunan məhsullar üçün yeni bazarların müəyyən olunması, idxaldan asılılığın azaldılması başlıca şərtlərdir. Həmçinin idxaldan asılılığın aradan qaldırılması üçün həmin məhsulların istehsalının artırılması ərzaq təhlükəsizliyinin təmin olunmasına təkan verən amillərdəndir.

Torpaqlarımızın işğaldan azad olunması ilə əkinəyararlı sahələri və su ehtiyatlarını da əldə etdik. Həmin ərazilərdə həyata keçirilən infrastruktur layihələri ilə yanaşı, əkinəyararlı sahələrin becərilməsi ərzaq təhlükəsizliyi sahəsində görülən işlərdəndir. İşğal müddətində torpaqların yandırılması, hərbi məqsədlər üçün istifadə edilməsi, becərilməməsi, texniki qulluq edilməməsi məhsuldarlığı azaltsa da, indi görülən işlər gələcəkdə yüksəkkeyfiyyətli məhsul istehsalını təmin edəcək.

“Vətən müharibəsində Qələbədən sonra regionda yeni geosiyasi vəziyyət formalaşıb. Azərbaycan tərəfi bölgənin iqtisadi və kommunikasiya imkanlarından istifadə edə biləcək ölkələrə birgə əməkdaşlıq barədə təkliflər versə də, yeni reallıqlarla barışa bilməyən və münaqişələrdən qidalanan bəzi dövlətlər sabitliyin və inkişafın təmin edilməsində maraqlı olmadıqlarını göstərməkdədirlər. Hələ də başqalarından mədət uman, imzaladığı kapitulyasiya aktının şərtlərini yerinə yetirməyən Ermənistan, reallıqdan uzaq, revanş və işğal xülyaları ilə yaşayır. Halbuki bütün dünya ilə yanaşı, ermənilərə də agah oldu ki, Azərbaycan istədiyini etmək, öz maraqlarını və təhlükəsizliyini təmin etmək gücündədir. Həyata keçirilən son “Qisas” əməliyyatı bunun bariz nümunəsidir. Bu, onu göstərir ki, Azərbaycan məqsədlərinə çatmaq üçün bütün mümkün imkanlardan istifadə etməyə hazırdır. Prezident İlham Əliyevin mətbuata verdiyi son müsahibəsində Ermənistana ünvanlanmış “odla oynamasınlar”, “özlərini yaxşı aparsınlar”, “yeni reallıqları qəbul etsinlər”, “bizi heç kim və heç nə dayandıra bilməz”, “oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq, daha da peşman olacaqlar, daha da gur səslə imdad diləyəcəklər” xəbərdarlığı Azərbaycan dövlətinin gücünün, onun liderinin qətiyyətinin göstəricisidir”, - deyə Yalçın Hacızadə vurğulayıb.

O bildirib ki, alternativ yeni yolun inşası Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz yerləşdirilmiş ermənilərin çıxarılmasını şərtləndirir. Laçın dəhlizinə alternativ yeni yolun salınması şərtinin üçtərəfli Bəyanata salınması Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsidir. Həmin ərazilərdə qanunsuz yerləşmiş ermənilər də paralel olaraq, Ermənistan dövləti tərəfindən çıxarılır. Əgər Laçında qanunsuz məskunlaşanları bizim dövlət çıxarmış olsaydı, ermənilər bütün dünyaya səs salacaqdılar ki, Azərbaycan üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir, erməniləri qovur. Halbuki Prezident İlham Əliyevin də dediyi kimi ermənilərin qanunsuz olaraq yerləşdirilməsi hərbi cinayət xarakteri daşıyır və Cenevrə konvensiyalarının qaydalarına ziddir.

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsi onun özünün müstəqilliyini, varlığını təhlükə altına salır. Ermənistan dövləti 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında qurulub. Tarixi Azərbaycan şəhəri olan İrəvanın Ermənistanın paytaxtı elan edilməsinə razılığın istənməsi, Zəngəzur mahalının Ermənistana verilməsi ilə bağlı əlimizdə hüquqi sənədlər var. Əlbəttə, bütün bunlar bizə imkan verir ki, Ermənistana qarşı torpaq iddiaları ilə çıxış edək.

Yalçın Hacızadə, həmçinin vurğulayıb: “Torpaqlarımızın işğalda qaldığı 30 ilə yaxın müddətdə Ermənistan Qarabağın “müstəqilliyi”, ermənilərin “statusu” məsələlərini qabardırdı. Amma indi onların heç biri müzakirə predmeti deyil. Müzakirələr Azərbaycan Ermənistan sərhədlərinin müəyyən edilməsi prizmasında gedir. Bütün bunlar Ermənistana dərs olmalıdır. Onlar reallıqları qəbul etməlidirlər, qonşuluq münasibətlərində yaşamağı öyrənməli, xəstə xülyalardan əl çəkməlidirlər. Dövlətimizin başçısı deyirdi: “Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat, həm də tarixi və beynəlxalq hüquq nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Əgər Qarabağda kimsə yenə də, bilmirəm, hansısa populizm naminə, yaxud da ki, indi, necə deyərlər, kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol fikirləri onlar üçün nəsihət və böyük şansdır”.

O əlavə edib ki, Ermənistan regionun ən zəif və beynəlxalq layihələrindən təcrid olunmuş, coğrafi mövqeyinə görə dalanda yerləşmiş ölkəsidir. Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiaları onun blokadada qalmasını şərtləndirib. Amma bütün bunlardan əl çəkməsi, yeni reallıqları qəbul etməsi Ermənistana beynəlxalq kommunikasiyalardan istifadə, dünya dənizlərinə rahat və qısa yollarla çıxış imkanı yaradır. Əlbəttə ki, bu imkanlar Ermənistanın üzərinə götürdüyü Zəngəzur dəhlizinin açılması öhdəliyini yetirə yetirdikdən sonra yarana bilər. Beynəlxalq yükdaşımaların artması, Rusiya–Ukrayna müharibəsi, Zəngəzur dəhlizinin Şərqlə Qərbi birləşdirəcək ən qısa yollardan olması bu dəhlizin beynəlxalq əhəmiyyətini və imkanlarını artırır. Zəngəzur dəhlizin açılması beynəlxalq tələbdir və Azərbaycanın enerji təhlükəsizliyi və digər sahələrdə oynadığı beynəlxalq rolunu daha da yüksəldəcək.

Zəngəzur dəhlizinin açılması şərtinin üçtərəfli Bəyanata daxil edilməsi dövlətimizin başçısının diplomatik məharətinin nəticəsidir. Eyni zamanda, Prezident İlham Əliyevin yeni dünya düzənini, müharibədən sonra regionun imkanlarını və Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyətini əvvəlcədən görməsi deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platforma ŞƏRH

Bu il pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkinində yeni texnologiya tətbiq olunacaq

İngiltərə çempionu birillik fasilədən sonra Premyer Liqaya qayıdıb

Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PUA-sı vurulub

Kitabxanada sərgi: Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva

Ciddədə Gənclərin İnkişafı Forumu keçirilib

Azərbaycan idmançısı İstanbulda iki gümüş medal qazanıb

Milli Kitabxanada Əməkdar elm xadimi Zərifə Əliyevaya həsr olunan silsilə materiallar hazırlanıb

BSU-da akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb

Dünya birjalarında neft bahalaşıb

Naxçıvanda boks məşqçiləri ilə görüş olub

Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq ŞƏRH

FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub

Arda Gülər "Real Madrid"in tarixinə düşüb

Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub

Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır

Avropa çempionatı: Son gündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlər aşkarlanaraq götürülüb

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır

Aprelin 26-da 4 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Cevdet Yılmaz: Türkiyə beynəlxalq energetika bazarının mərkəzinə çevrilmək istəyir

FIFA prezidenti “Qarabağ”ı təbrik edib

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: XXXII tura bir oyunla start veriləcək

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ötən gün 82 cinayətin açılması təmin olunub

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilir

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Zərifə xanım Əliyeva ömrünü oftalmologiya elminin tərəqqisinə həsr etmiş və bu sahəyə böyük töhfələr vermişdir

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb VİDEO

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO