REGİONLAR
YAP yarandığı vaxtdan Azərbaycanı dinamik inkişaf yoluna istiqamətləndirib
Bərdə, 21 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) ölkəmizin ictimai-siyasi həyatında yeri və rolu müstəqil Azərbaycanın tarixinin şərəfli səhifəsini təşkil edir. YAP yarandığı vaxtdan Azərbaycanı bəlalardan xilas edib, ölkəni dinamik inkişaf yoluna istiqamətləndirib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər YAP-ın yaradılmasının 22-ci ildönümü münasibətilə Bərdədə keçirilən tədbirdə səslənib.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş partiyanın yarandığı tarixi şərait, keçdiyi şərəfli yol və qazanılan uğurlardan danışıb.
Digər çıxış edənlər Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolu və xidmətlərindən bəhs ediblər.
x x x
Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümünə həsr olunmuş daha bir tədbir Beyləqanda keçirilib.
YAP Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyev, rayon icra hakimiyyətinin başçısı, partiyanın Siyasi Şurasının üzvü Vaqif Abdullayev və başqaları tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş partiyanın keçdiyi şərəfli yoldan, ötən 22 il ərzində qazanılmış uğurlardan, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, respublikamızın ictimai-siyasi həyatında və tərəqqisində xidmətindən danışıblar.