İDMAN
Yaponiya millisi Bakıda keçirilən III “Caspian Cup” Beynəlxalq turnirinin bürünc medalını qazanmışdır
Bakı, 5 iyun (AZƏRTAC). Bakıda futbol üzrə III “Caspian Cup” Beynəlxalq turnirinin bürünc mükafatçısı müəyyənləşmişdir.
AZƏRTAC xəbər verir ki, yarış AFFA-nın təşkilatçılığı və “AccessBank”ın baş sponsorluğu ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilir.
Bayıl stadionunda üçüncü yer uğrunda oyunda Yaponiya və Gürcüstan milli komandaları qarşılaşmışlar.
Maraqlı idman mübarizəsi şəraitində keçən matçda hesab açılmamışdır. Qalib penalti seriyasında müəyyənləşmişdir. On bir metrlik zərbələri daha sərrast yerinə yetirən Yaponiya millisi 5:3 hesabı ilə qalib gəlmiş və III “Caspian Cup” Beynəlxalq turnirinin bürünc medalını qazanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [12:23]
Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək
- 03.05.2024 [11:31]
"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb
- 03.05.2024 [10:49]
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar
- 03.05.2024 [09:00]