DÜNYA
Yaponiya tarixində ən böyük təyyarə qəzasının qurbanlarının xatirəsi anılıb
Tokio, 12 avqust, AZƏRTAC.
Avqustun 12-də Yaponiya tarixində ən böyük təyyarə qəzasının 31-ci ildönümü qeyd edilib. Qəza nəticəsində həlak olanların qohumları Tokionun şimalında yerləşən dağdakı qəza ərazisinə qalxaraq, onların xatirəsini anıblar.
1985-ci il avqustun 12-də “Yaponiya Hava Yolları” şirkətinə məxsus olan təyyarə Qumma prefekturasında dağa çırpılıb. Nəticədə göyərtədə olan 520 nəfər həlak olub.
Faciə nəticəsində həlak olanların qohumları həmin vaxtdan başlayaraq, hər il qəza ərazisinə qalxaraq burada anım mərasimi keçirirlər.
Cari ildə də onlar dağın yaxınlığındakı kənddə toplaşaraq onun zirvəsinə doğru hərəkət ediblər.
Qəza sahəsinə çatanlar kenotafın yaxınlığında həlak olanların ruhuna dualar oxuyublar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]