Yaponiyanın “Ümid” partiyası seçkilərdə qələbə uğrunda mübarizə aparacaq
Tokio, 4 oktyabr, AZƏRTAC
Yaponiyada parlamentin aşağı palatasına seçkilər yaxınlaşmaq üzrədir. AZƏRTAC xəbər verir ki, rəsmi olaraq seçki kampaniyası oktyabrın 10-da başalayacaq, oktyabrın 22-də isə seçkilər keçiriləcək.
Seçicilər çox da sadə olmayan seçim qarşısındadırlar. Belə ki, onlar ya Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi koalisiyalı hökumətə başladığı işi davam etdirmək, ya da Tokionun qubernatoru Yuriko Koikenin yeni yaratdığı partiyaya hakimiyyəti ələ almaq imkanı yaratmalıdırlar.
Oktyabrın 3-də Y.Koikenin rəhbərlik etdiyi “Ümid” partiyası ilk namizədlərinin adını açıqlayıb. Y.Koike bəyan edib ki, onun rəhbərlik etdiyi partiya parlamentdə ən azı 233 yer götürmək niyyətindədir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]
Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib
- 03.06.2026 [17:18]
Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır
- 03.06.2026 [16:45]